Hər bir ölkə öz qanunları çərçivəsində müəyyən qadağa və qaydalara sahibdir. Lakin bəzi ölkələr müəyyən məntiq çərçivəsindən və yaxud absurd, izahedilməz qadağalardır.
Aşağıda sizə bəzi ölkələrin sahib olduğu absurd qadağaları təqdim edirik:
Çin: Oyun konsolları
Bu qadağa Çində 2000-ci ildən etibarən qüvvədədir. Hökumət bu üsulla uşaqları və yeniyetmələri video oyunların pis vərdişlərindən uşaqlaşdırmaq və əsas diqqəti təhsilə və işə yönəltmək istəyib.
İran: «Qərb» saç düzümləri
Bu ölkədə qərb saç düzümlərini xatırladan saç tərzləri qadağan edilib.
Yunanıstan: Video oyunları
İlk olaraq qadağa elektron oyun avtomatlarına şamil edilmişdi. Lakin vəziyyət sonradan elə bir qarışıq hal alır ki, polis bir dəfə internet klubda sadəcə video oyunu oynayan bir şəxsi həbs edir. Aİ ölkələrinin etdiyi təzyiqdən sonra qadağa dəyişdirilir.
Çin: Dövlətin razılığı olmadan reinkarnasiya etmək
Bu nə qədər qəribə səslənsə də, bunun köməkliyi ilə Çin hökuməti Tibet buddistlərini idarə altında saxlamaq istəyirdi.
Danimarka: Uşaq adlarının əksəriyyəti
Danimarkada hökumət tərəfindən təsdiq edilmiş 24 min addan ibarət siyahı var. Əgər valideynlər öz övladlarına bu siyahıya daxil olmayan ad qoymaq istəyirlərsə icazə almalıdırlar.
Çin: 2D-li Avatar
Nə qədər qəribə olsa da, bu belədir.
Malayziya: Sarı paltar
2011-ci ildə Malayziya rəhbərliyi sarı rəngdə olan istənilən sarı paltarın, papağın, bəzək əşyalarının istifadəsinə qadağa qoydu. Bu isə sarı rəngin müxalifət fəallarının müəyyən qrupunun rəngi olması idi.
Kubа: Mobil telefon
Fidel Kastronun rəhbərliyi zamanında yalnız yüksək rütbəli məmurlar mobil telefona sahib ola bilərdilər.
Sinqapur: Saqqız
1992-ci ildən etibarən Sinqapura saqqızın idxalı və ixracı qadağandır. Bununla hökumət şəhər küçələrini və ictimai yerləri təmiz saxlamaq niyyətindədir.
Banqladeş: Polietilen paketlər
Banqladeşlə yanaşı Fransa, Tanzaniya və Meksikada da polietilen paketlərə qadağalar mövcuddur.
Fransa: Ketçup
Bu ölkədə ketçup qadağası məktəbli və tələbələrə aiddir. Bu addım sağlam qidalanmağa və ənənəvi Fransa mətbəxinə zidd olmaq çərçivəsində atılmışdır.
Çin: Zamanla səyahət
Çin Xalq Respublikasının kino, radio və televiziya üzrə mərkəzi bürosu belə qərar vermişdir ki, zamanla səyahətin təsvir edildiyi film və serialları genişləndirmək lazım deyil. Çünki onlar yalnış tarixi məlumatları əks etdirir.