26 C
Baku
Wednesday, April 24, 2024

Ən ağıllı amerikalı

29 yaşlı Maykl Kirni (Michael Kevin Kearney) dünyanın ən gənc universitet məzunu kimi tanınmışdı –universiteti bitirəndə onun 10 yaşı vardı bundan əlavə o, 2008-ci ildə “Kim milyonçu olmaq istəyir” televiziya şousunda 1 milyon dollar udmuşdur. 1984-cü ildə dünyaya gəlmiş Kevin öz həyatı boyu bir sıra intellektual rekordlara imza atmışdır və o, 17 yaşından bəri kollecdə müəllim işləyir. Ilk sözləri o, dörd aylıq ikən söyləmiş, 6 aylıq olarkən isə həkimin qəbulunda olan Maykl pediatra belə demişdir: “mənim sağ qulağımda infeksiya var”.

On aylıq olarkən isə o, artıq oxumağı öyrənmişdi. Mayklın dörd yaşı olanda o, Con Hopkinsin xüsusi qabiliyyətli uşaqlar üçün nəzərdə tutulan riyaziyyat testindən (Johns Hopkins precocious math program) müvəffəqiyyətlə keçir. 6 yaşı olanda Kevin məktəbi bitirir və Santa Rosa Junior College-ə daxil olur. 10 yaşında ikən buranın “geologiya və arxeologiya” fakültəsi üzrə bitirir. Maykl dünyanın ən gənc universitet məzunun adı ilə Ginnesin rekordlar kitabına daxil edilib. Eyni zamanda arxeologiya üzrə ən gənc bakalavr olub. Həmçinin ən gənc aspirant rekordu da ona məxsusdur. 2006-cı ildə Gold Rush oyununda qələbədən sonra isə o, bütün dünyaya tanındı, bu oyun zamanı o, 1 milyon dollar qazanmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər