23 C
Baku
Friday, May 10, 2024

Ən ağlasığmaz qanunlar toplusu

Qanun çox lazımlı və zəruridir. Buna baxmayaraq burada da istisnalara rast gəlinir. Aşağıda sizə ən absurd, gülməli və niyə qəbul edildiyi anlaşılmayan qanunları təqdim edirik:

1. New-Yorkda güllə keçirməyən jiletdə qətl törətmək qadağandır. Daha doğrusu, burada qanuna əsasən ümumiyyətlə qətl törətmək qadağan olunsa da, güllə keçirməz jilet ilə qətl törətmək daha ciddi hal hesab olunur və bunu lap pis insanlar edirlər.

2. Şimali Karolinada 5 saatdan artıq binqo oynamaq qadağandır.

3. Şimali Dakotanın bar və restoranlarında pivə ilə eyni zamanda duzlu pretzellərin təqdim edilməsi qadağandır.

4. Aydahoda kişilərin qadınlarına 50 funtdan ağır (təxmini 23 kq) konfet qutusu verməsi qadağandır. Maraqlıdır, sevdiyi qadına 23 kq ağırlığında olan bir qutu konfet vermək kimin ağlına gəlib?

5. Men ştatında bütün fasadlar üzərində və ətraf ərazilərdə olan yeni il bəzəmələrinin 14 yanvardan gec olmayaraq yığışdırılması tələb olunur.

6. Konnektikutda küçələrdə əlləri üzərində gəzmək qanunla qadağan olunur.

7. Böyük Britaniyada parlament daxilində ölmək qadağandır. Əgər işdi öldüyünüzü hiss eləsəniz, sizi çölə çıxardana qədər səbr etməli olacaqsınız… Əks halda ailənizi ciddi narahatlıqlar gözləyir.

8. İsveçdə axşam saat 10-dan sonra unitazın suyunu buraxmaq qadağandır.

9. Vermontda suyun altında fit çalmaq qadağandır. Təəccüblüdür ki, fizikanın digər qaydalarını pozmağa icazə var, amma bu nədənsə qadağandır.

10.Vermontda həmçinin qadınların diş protezlərindən istifadə etməsi üçün ərlərinin yazılı razılığı tələb olunur.

11.Cənubi Karolinada pinball-u ancaq 18 yaşından yuxarı olanlar oynaya bilər…

12. Alabamada dəmir yollarına duz səpməklə ən ciddi cərimələrə məruz qala bilərsiniz. Yadda saxlayın: Alabamada dəmir yollarına duz səpmək ölümə bərabərdir.

13. Arizonada uzunqulaqların vannada yatması nəyəsə görə qadağandır. Doğrudur bu qəribədir, lakin qadağan etməyə nə gərək var?

14. Kaliforniyada nəqliyyat vasitələrinə sürücüsüz saatda 60 mildən yuxarı (yaxud 96,5km ⁄ saat) hərəkət etmək qadağandır. Məntiqə əsasən sürücüsüz nəqliyyat vasitəsi hərəkət edə bilməz, amma nədənsə Kaliforniyada istisnalar etmək qərarına gəliblər.

15. Alyaskada şəkil çəkdirmək məqsədilə yatan ayını oyatmaq ciddi şəkildə qadağandır. Hələ bu günə qədər heç kim bu qanunu pozmağa cəhd etməyib.

16. Konnektikutda velosipedlə saatda 65 mildən yuxarı (104 km/saat) hərəkət etsəniz, yol polisi sizi saxlayaraq cərimə yazmalı olacaq.

17. Viskonsin həbsxanasında cəza çəkənləri yağ əvəzedicilər ilə qidalandırmaq qadağandır.

18. İllinoisdə zürafədə əyləşərək balıq tutmaq xüsusi bir qanunla qadağan olunub. Belə bir vəziyyəti təsəvvür etmək çətin olsa da, ağlınıza belə bir fantaziya gəlsə, ən yaxşısı bunu İllinoisdə həyata keçirməyəsiniz.

19. Luizianada bank qarət etməli olsanız, elə indicə sizə pul vermiş kassirə su tapançasından atəş açmayın. Bu həmin ştatda qanunla qadağan olunub. Kim islanmış paltarlarla jurnalistlərin və polislərin qarşısına çıxmaq istər?

20. Koloradoda qonşuların bir-birilərinə tozsoranlarını borc vermələri qadağandır. Burada qonşularınıza tozsorandan başqa nə istəsəniz verə bilərsiniz, amma tozsoranı əsla. Qanun ən yaxın qonşulara aiddir və uzaq qonşularınıza rahatlıqla müraciət edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər