4 C
Baku
Friday, March 29, 2024

Ən axmaq təlimatlar

Sears şirkətinə məxsus fenin təlimatı: “Yuxuda olarkən istifadə etməyin”.

Fritos çipslərinin üzərində yazılıb: “Siz qalib ola bilərsiniz! Lotereyada iştirak etmək üçün çips almağa məcbur deyilsiniz. Oyunun qaydaları çips paketinin içərisindədir”.

Dial sabunlarının qutusunda yazı: “Təlimat: Adi sabun kimi istifadə edin”.

Schwann’s dondurulmuş yarımfabrikat məhsullarının üzərində: “Donunu açın”.

Tort bağlamasının dibində: “Tərsinə çevirməyin”.

Dondurulmuş pizza üçün nəzərdə tutulmuş qutunun üzərində: “Qızdırdıqdan sonra qidanız isti olacaq”.

Rowenta ütülərinin təlimatı: “Paltarı əyninizdə olarkən ütüləməyin”.

Uşaqlar üçün nəzərdə tutulmuş öskürək əleyhinə dərmanın üzərində: “Bu dərmanın təsiri altında olduqda avtomobil və çətin texniki qurğu idarə etməyin”.

Nytol yuxugətirici dərmanının üzərində: “Ehtiyatlı olun! Yuxululuq yarada bilər”.

Yapon mətbəx kombaynının üzərində: “Diqqət! Başqa məqsədlərlə istifadə edilə bilməz”.

Fındıq bağlamasının üzərində: “Ehtiyatlı olun! İçərisində fındıq var”.

American Airlines aviaşirkətinin təyyarələrində müştərilərə verilən fındıq bağlamalarının üzərində yazılan təlimat: “Bağlamanı açın, fındıqları yeyin”.

Uşaqlar üçün Superman kostyumunun üzərində: “Kostyumu geyməklə uçmaq qabiliyyətinə sahib olmayacaqsınız”.

Son xəbərlər
Digər xəbərlər