29 C
Baku
Saturday, June 21, 2025

Ən bahalı avtomobil nömrəsi 15 mln. dollara satılıb

Dubayda keçirilən hərracda dünyanın ən bahalı avtomobil nömrəsi müəyyən edilib. Belə ki, bir rəqəm və hərfin nadir kominasiyası (P7) 15 milyon dollara satılıb.

Bu, yeni rekorddur. Əvvəllər tarixin ən bahalı avtomobil nömrəsi tək “1” rəqəmindən ibarət olub. O, 2008-ci ildə Əbu-Dabidə 14.2 milyon dollara satılıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yaxın Şərqdə müntəzəm olaraq hərraclar keçirilir, burada avtomobil nömrələri hətta ən gözəl superkarlardan belə baha satılır.

Son xəbərlər
Digər xəbərlər