15 C
Baku
Friday, March 29, 2024

Ən bahalı hasilat Azərbaycandadır- Bir barel üçün 60$

Rusiyada şelfdə və quruda yeni layihələrdə neft və qaz hasilatı bir barel üçün məbləğ 40- dollardan çox olduğu halda gəlirlidir.

Bu barədə Səudiyyə Ərəbistanın “Saudi Aramco” dövlət şirkətinin IPO-ya dair prospektində qeyd olunur.

IPO ərəfəsində “IHS Markit” şirkəti “Saudi Aramco” üçün digər hasil edən dövlətlərlə müqayisədə Səudiyyə Ərəbistanında hasilatın maya dəyərinin qiymətləndirilməsini həyata keçirib.

Həm şelfdə, həm də quruda Saudi Aramco-nun hasilatının maya dəyəri təqribən bir barel üçün 17 dollar  səviyyəsində qiymətləndirilir – bu, digər ölkələrlə müqayisədə ən aşağı göstəricidir.

Ən bahalı hasilat Azərbaycanda şelf layihələrindədir – bir barel üçün 60 dollardan artıq təşkil edir.

Yeni layihələrdə hasilatın maya dəyəri Rusiyadan daha baha Qazaxıstanda (bir barel üçün 48 dollara yaxın), həmçinin Azərbaycan və ABŞ-da qurudadır (bir barel üçün 49 dollaraq yaxın).  

©İnterfaks – Azərbaycan

Son xəbərlər
Digər xəbərlər