7 C
Baku
Thursday, January 16, 2025

Ən bahalı yolkalar

dubaiQiymətli daşlarla bəzədilmiş yolka

Qiyməti: $11 mln

Bütün dövrlərin ən bahalı yeni il yolkası 2010-cu ildə Əbu-Dabidə lüks Emirates Palace otelində quraşdırılmışdır. Ağacın özünün qiyməti bir neçə min dolları keçmirdi, lakin yolkanı bəzəmək üçün istifadə olunan oyuncaqların dəyəri milyonları ötdü: onların yaradılması zamanı mirvari, qızıl, brilyant, sapfir və zümrüddən istifadə olunmuşdu. Yolka nəinki bahalı kürəciklərlə, hətta zərgərlik əşyaları – saat, bilərzik və boyunbağı ilə bəzədilmişdi.

Müsəlman ölkəsində Yeni ilin bu cür təmtəraqla keçirilməsi əsassız görünə bilər, lakin Emirates Palace rəhbərliyi milli adət-ənənələrə deyil, zəngin qonaqların istəkləri və rahatlığını təmin etmək üçün fəaliyyət göstərir. Oteldə qızıl külçələrlə ticarət edən avtomatlar quraşdırılmışdı, yaşayış xərclərinə şəxsi təyyarədən istifadə də daxildir.

japanQızıl yolka

Qiyməti: $4,2 mln

Yapon zərgər Qinza Tanaka artıq birinci il deyil ki, öz tematik yeni il şedevrləri ilə ictimaiyyəti təəccübləndirir. Məsələn, 2007-ci ildə 20 kiloqramlıq qızıldan Santa Klaus hazırladı, bir il sonra isə 1,5 mln dollar dəyəri olan qızıl yolka peyda oldu. Bu ilin dekabr ayının əvvəllərində Tanakanın firma mağazasında 40 kiloqram qızıl sərf edilmiş yeni il yolkası peyda oldu.

Görünüş etibarilə o ağacı deyil, çoxyaruslu karuseli xatırladır. Atların əvəzinə 50 disney cizgi filmi qəhrəmanından istifadə olunub. Təbii ki, personajlar arasında Mikki Maus da var: Tanaka bu personajı çox sevir, hətta bir neçə il bundan əvvəl onun qızıldan hazırlanmış surətini də yarada bilmişdir.

3Çiçək yolkası

Qiyməti: $1,8 mln

Bu Yeni il yolkasının dəyəri astronomik həddə çatmışdır. 2007-ci ildə Takashimaya yapon ticarət mərkəzləri şəbəkələrindən birində kiçik bir yolka satışa buraxıldı, belə bir yolkanı yalnız milyonçu ala bilərdi. Onun dizaynı fransız Claude Quincaud çiçək mağazasının iştirakı ilə hazırlanmışdı. Ağac yüzlərlə qurudulmuş miniatür qızılgüllərdən hazırlanmışdı.

Güllərin hər birinin ləçəklərində damcı əvəzinə Avstraliya və Cənubi Afrikadan gətirilmiş ümumi həcmi 100 karat olan təxminən 400 ədəd brilyantdan istifadə olunmuşdu. Yolkanı tamamlamaq üçün asma yeri brilyantdan hazırlanmış Teddi ayısından istifadə olunmuşdur. Buna baxmayaraq, bu yeni il suvenirini almaq istəyən olmamışdı.

4eBrilyant yolka

Qiyməti: $1,005 mln

Yeni il yolkasına oyuncaq asmaq artıq ötən əsrdə qalıb: onun üzərində brilyantlar daha yaxşı görünür. Çox ehtimal ki, Soo Kee Sinqapur zərgərlik evinin nümayəndələri də milyon dollar dəyəri olan yolka yaradarkən belə fikirləşiblər. Onun dekorasiyası üçün ümumi həcmi 913 karat olan 21 798 brilyant sərf edilmişdi.

Zərif budaqlar isə 3 762 büllur muncuq dənəsindən düzəldilmişdi. Belə bir möhtəşəm gözəlliyin işıqlandırılmasında beş yüzə yaxın lampadan istifadə olunmuşdu. Ağacın hündürlüyü altı metr, çəkisi isə üç tona yaxındır. Iri ticarət mərkəzində quraşdırılmış yolka gecə-gündüz mühafizə olunurdu, lakin onu almaq istəyən tapılmamışdı.

e5Kapitol yolkası

Qiyməti: təxminən $1 mln

ABŞ-ın əsas yeni il yolkası Nyu-yorkun mərkəzində Rokfeller plazada quraşdırılmış yolka hesab olunur. Onunla birincilik uğrunda Vaşinqton Kapitolunda yerləşən yolka mübarizə apara bilər. Bəzən onu Konqresin rezidensiyasına daşımaq üçün bütün ölkəni keçmək lazım olur, yolkanın hündürlüyü 20 metri keçir, nəhəngi bəzəmək üçün isə minlərlə lampa lazım olur, onları tikanlı budaqlarda yaxşıca bərkitmək lazımdır.

Təəccüblü deyil ki, onun daşınması, quraşdırılması və tərtibatı dövlət xəzinəsinə baha başa gəlir. Digər tərəfdən ağac insanlara o qədər sevinc bəxş edir ki, dövlətin ona milyon dollar xərcləməyə heyfi gəlmir.

e6Swarovski yolkası

Qiyməti: təxminən $500 000

Swarovski şirkəti hər il öz pərəstişkarlarını göy qurşağının bütün rənglərində bərq vuran yeni il yolkaları ilə sevindirir. Onlardan ən diqqətəlayiqi Honkonqun mərkəzində 2010-cu ildə quraşdırılmışdı. Yolka 30 metrlik konus formasındadır.

Onun səthini xüsusi olaraq, Avstriyadan gətirilmiş 20 milyondan çox qızılı və gümüşü Swarovski kristalından hazırlanmış naxışlar bəzəyir. Gün işığında “ağac” bir o qədər də effektiv görünmür, lakin işıqlandırmanın işə düşdüyü axşam və gecələr isə yolka möhtəşəm təsir bağışlayır: turistlər etiraf edirlər ki, onu uzaqdan asanlıqla Honkonq göydələni ilə səhv salmaq olar.

e7Xeyriyyə yolkası

Qiyməti: $500 000

Öz şərq həmkarlarından fərqli olaraq, amerikalı zərgər Stiv Kvik estetik zövq bəxş etməklə yanaşı praktiki fayda verən yeni il yolkası yaratmaq qərarına gəldi. 18 karatlıq qızıldan hazırlanmış ağac qar dənəcikləri rolunu oynayan brilyantlarla bəzədilmişdir. Ağacın yuxarı hissəsində 4,52 karatlıq almaz olan platindən hazırlanmış ulduz bərq vururdu.

Bir neçə həftə yolka mağazanın vitrinində əldən düşürdü, lakin sonradan eBay hərracına çıxarıldı. Satışdan əldə olunan bütün vəsait Xərçənglə mübarizə üzrə Amerikan fonduna köçürülmüşdü. Stiv Kvik belə bir bahalı hədiyyəni almaq imkanı olmayanları da düşünüb: yolkanın daha ucuz başa gələn uyğun olaraq, $20 və $25 olan gümüş və qızıl suyuna salınmış surətini hazırladı.

e8Tiffany yolkası

Qiyməti: €350 000

Dekabr ayında Milan sakinləri şəhərkənarı yerlərə, ola bilər ki, həm də xarici ölkələrə getməyi üstün tuturlar. Lakin 2010-cu ilin sosial sorğusunun nəticəsinə əsaslansaq, onda onlardan bir çoxu bu vərdişlərini tərgitərək evdə oturmaq qərarına gəlmişlər. Belə bir qərarı milanlılar Piazza del Duomo meydanında Tiffany & Co zərgərlik şirkəti tərəfindən yeni il yolkasının quraşdırılması ilə əlaqələndirirlər.

Ağacın bünövrəsində on minlərlə fənərciklə bəzədilmiş zərif firuzəyi rəngli hədiyyə qutusu üslubunda tərtib olunmuş mağaza yerləşir. Satışdan daxil olan gəlirin bir hissəsi xeyriyyə məqsədilə istifadə olunmuşdu. Buna baxmayaraq, Milan kilsənin baş keşişi öz etirazını bildirərək qeyd etmişdir ki, kommersiya şirkəti qədim xristian bayramının adətlərinə müdaxilə edir.

e9Konyak butulkaları asılmış yolka

Qiyməti: £35 000

Sofitel otelinin rəhbərliyi həmişə müştərilərin qeydinə qalmağı xoşlayır və belə fikirləşir ki, bayram vaxtı alkoqol içkilərin istifadəsi hədiyyə vermək qədər vacibdir.

2010-cu ildə mehmanxananın zalında tünd-boz metal konstruksiya formasında olan qeyri-adi yeni il yolkası peyda oldu. Şar və şamlar əvəzinə onların üzərində kiçik Louis XIII konyak butulkaları parıldayırdı. Onlar dünyada büllur istehsalı üzrə lider hesab olunan Baccarat şirkəti tərəfindən əllə hazırlanmışdı.

Son xəbərlər
Digər xəbərlər