16 C
Baku
Friday, September 27, 2024

«Ən böyük döyüş»: Nurmagomedov, McGregor və UFC nə qədər qazana bilərlər

Rusiyalı Habib Nurmagomedovun İrlandiyalı Conor McGregor ilə döyüşü yalnız döyüşdən sonraki  dava ilə yadda qalmayacaq. O artıq Mixed Martial Arts üzrə turnir təşkil edən dünyanın ən əsas təşkilatlarından biri olan Ultimate Fighting Championship tarixində ən böyük hala çevrilmişdir. Bu döyüş sayəsində Nurmagomedov Rusiyada MMA-nın ən yüksək ödənişli döyüşçüsü ola bilər. Rusiyalı üçün ümumi ödənişlər 10 milyon dollara çata bilər.

Əlavə məlumatlar

  • Dörd turun dördündədə nəzərət Nurmagomedovda  olub. Dördüncü turda rus döyüşçüsü boğucu həmlə ilə MacGregora qalib gəldi. 
    •Mübarizədən sonra Nurmagomedov oktaqondan çıxaraq McGregorın meneceri və komandasına hücum etdi. Bunun üçün Rusiyalı döyüçüyə  sanksiyalar tətbiq edilə bilər. Nurmagomedovun komandasından üç nəfər yerli polis tərəfindən saxlanılıb, amma döyüşdən sonra hücuma məruz qalan İrlandiyalı şikayətini geri götürüb.

Döyüş puldadır

• «Bu, bizim gördüyümüz ən böyük döyüş idi » UFC baş meneceri Dana White ESPN müsahibəsində deyib. Onun sözlərinə görə, bu, tarixdə ilk hal idi ki, seyircilərə  biletlər satmaq üçün mətbuat üçün nəzərdə tutulmuş sahə yarıdan çox azaldılmışdı. İzləyicilər üç dəqiqə ərzində Las-Veqasda 20 minlik T-Mobile arenasının biletlərini  alıblar. Şou biletlərinin qiyməti 200 dollardan başlayıb, ən bahalı oturacaqlar isə tamaşaçıya 2,205 dollar dəyərindədir. Ümumiyyətlə, MMA-da ilin ən gözlənilən döyüşünün gəliri 200 milyon dolları keçməlidir.

Qonorarlar.  Məğlubiyyətdən sonra, İrlandiyalı ona zəmanət verilmiş 3 milyon dollar qazanacaq. Nurmagomedovun qonorarı sual altındadır. UFC-nin baş meneceri Dana White döyüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Nurmagomedovun qonorarının ödənilməsi idman komitəsinin döyüşdən sonra baş verən davaya aydınlıq gətirəcəyinə qədər dondurulmuşdur. MMAFighting.com portalının şənbə günü verdiyi məlumata görə, Nurmagomedova 2 milyon dollar söz verilib.

Ümumi ödənişlər. Ümumilikdə, Rusyalı döyüşçü bütün ödənişləri nəzərə alaraq, döyüş üçün 10 milyon dollar ala bilər. Qonorarla yanaşı, döyüşçülər sponsorluq pulunu alacaqlar və UFM çempionu olaraq Nurmagomedov  yayım hüquqlarının satışı və pay-per-view abunəçiliyinin satışından faiz alacaq. Forbes-a müsahibəsində, döyüşçü satılan hər bir yayımda 2-3 dollar qazanacağını (ABŞ-da 89,95 dollardan 99,95 dollara qədər olan bir qiymətə) söylədi. Döyüşdən əvvəl Uayt , mətbuat mənsublarına bildirib ki, o, 3 milyon PPV-ə qədər satacaq. Bu proqnoz düzgündürsə, Nurmagomedov 6-9 milyon dollar qazana biləcəkdi.

MacGregor, keçən il avqust ayında Mayweather ilə boksda döyüş üçün 100 milyon dollar alıb, altı UFC döyüşü üçün müqavilə imzalayıb və Habib ilə mübarizə üçün MMA tarixində ən böyük haqqı alacaq. «Mən 50 milyon dollar qazanacağımı düşünürəm», – McGregor jurnalistlərə bildirib. Maçın pulundan başqa, McGregor öz viski markası olan Proper Twelve sayəsində sponsorluq müqavilələrindən gəlir əldə edəcək.

Nurmagomedovun rekordu. Bu döyüş Nurmagomedovu Rusiyadan ən yüksək ödənişli MMA döyüşçüsü edə bilər. Forbes xatırladıb ki, keçmiş lideri Fyodor Emelianenko heç vaxt  2 milyon dollardan çox qazanmayıb.

Image result for nurmagomedov vs mcgregor

Son xəbərlər
Digər xəbərlər