6 C
Baku
Sunday, December 15, 2024

Ən böyük fintexlərin dəyəri $500 mlrd. azalıb

“CB Insights” tədqiqat şirkətinin ekspertləri bildirirlər ki, ən böyük maliyyə texnologiyası şirkətlərinin təxmini dəyəri yarım trilyon dollar azalıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

2020-ci ildən bəri ABŞ-da birjalarda 30-dan çox fintex siyahıya alınıb. İnvestorlar pandemiya şəraitində artan rəqəmsallaşmanın onlara uzunmüddətli qazanc gətirəcəyinə inanaraq bu şirkətlərə fəal şəkildə sərmayə qoysalar da, mənfəətin olmaması və bu cür şirkətlərin biznes modelləri ilə bağlı qeyri-müəyyənlik onların bazar dəyərinin 460 milyard dollar və ya təxminən 50% azalmasına səbəb olub.

“Mizuho” şirkətinin analitiki Den Dolev söyləyib ki, fintexlər (xüsusən də rəqəmsal texnologiyalarla məşğul olanlar) pandemiya zamanı faydalanıblar – hamı evdə olduğundan onlardan fəal şəkildə istifadə ediblər. İndi isə bu sektor yüksək texnologiyalar bazarının digər iştirakçılarından daha erkən başlayan korreksiyadan keçir.

Son xəbərlər
Digər xəbərlər