14 C
Baku
Thursday, March 28, 2024

Ən böyük media holdinqlərindən biri 2018-ci ili ziyanla başa vurdu

Rusiyanın RBK media holdinqi illik maliyyə nəticələrini elan edib.

Hesabata əsasən kompaniya 2018-ci ili 3,5 milyard rubl zərərlə başa vurub.

2017-ci ildə isə media holdinq 527 milyon rubl gəlir haqqında məlumat vermişdi. Ötən il RBK üçün ən gəlirli seqment “B2C İnformasiya və xidmətlər” olub. Bura eyni adlı telekanal, qəzet, portal daxildir. Onun gəlirləri 3,2 milyard rubl təşkil edib. Həmçinin “B2B İnformasiya və xidmətləri” bölməsi gözəçarpmayan gəlir əldə edib. Bura “RBK tədqiqat”, “RBK Konfranslar”, “Quote Terminal” və “Public.ru” daxildir. Gəlirlərində artım 130 milyon rubldan 138 milyon rubla yüksəlib.

Kommersiya xərcləri 4%, 1,4 milyard rubla qədər azalıb. Reklama xərclər isə əksinə 2017-ci illə müqayisədə 498 milyon rubldan 513 milyon rubla çatıb. Ancaq şirkətin xalis mənfəəti 2% azalıb və 3,3 milyard rubl olub.

RBK-nın maliyyə direktoru İqor Selivanov deyib ki, ötən ilki zərər məzənnə fərqi və 2010-cu ildən ödənilməyə davam edən borclar ilə bağlı olub.

“Mediascope” araşdırma şirkətinin 2019-cu il fevral hesabatına görə, rbc.ru portalının deskop və mobil versiyasının istifadəçilərinin sayı 7,7 milyon nəfərdir. Rusiya şəhərləri üzrə isə 100k+ dır.

Kommersant.ru-nun mobil və deskop versiyasında aylıq auditoriyası 3,9 milyon nəfərdir. Vedomosti.ru-da isə isə bu rəqəm 1,8 milyondur. “Kommersant”ın çap versiyasını orta hesabla 209,6 min insan, “Vedomosti”də isə 170,6 min nəfər oxuyur.

“Mediascope”un məlumatına görə, hər üç portalın aylıq auditoriyası azalıb. Ən böyük azalma 2018-ci ilin fervral-2019-cu ilin fevralında RBK-da müşahidə olunub, oxucu sayı 1,5 milyon nəfər azalıb. “Vedomosti.ru” və “kommersant.ru”nun auditoriyası müvafiq olaraq 1 milyon və 400 min nəfər azalıb.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər