Biz sizə bu məqalədə leptoplar bazarında lider istehsalçıların reytinqini təqdim edirik.
1. HEWLETT-PACKARD
Hewlett-Packard istehsalçısı reytinqə başçılıq edir. Mütəxəssislər leptop bazarında Hewlett-Packard Amerika istehsalçısının payını 19,6% olaraq qiymətləndirmişdilər. Bundan savayı şirkət IT- infrastrukturunda, əlaqə cihazları, sistem inteqrasiyası üzrə xidmətlər, servis dəstəkləri və autsorsinq, həmçinin çap cihazları və şəkillərin çıxarılması sahələrində xidmətlər təqdim edir.
2. LENOVO
Reytinqin ikinci yerində çin şirkəti Lenovo yerləşir. Bu yaxınlarda alınmış məlumatlara görə bu şirkət noutbuk bazarının 17,2%-ni tutur. Şirkət həmçinin fərdi stol üstü kompüterlər, mobil telefonlar, netbuklar, monitorlar, video layihələr, klaviaturalar və müxtəlif kompüter aksessuarları istehsal edir.
3. DELL
Reytinqin üçüncü yerində növbəti bir Amerika istehsalçısı yerləşir. Dell şirkəti noutbuk bazarının
11%-ni tutur. Maykl Dellin şirkəti fərdi kompüterlər, serverlər, məlumatların saxlanılması cihazlarını və digər apparat təminatları istehsal edir.
4. ASUS
Reytinqin dördüncü yerində Tayvan şirkəti ASUS yerləşir. Noutbuk bazarında şirkətin payı 10,3% təşkil edir. ASUS şirkəti həmçinin digər holdinqlərin məhsulları üçün müxtəlif komponentlər istehsal edir. Sony, Apple, Alienware, Falcon Northwest, Palm, HP və digər elektronika istehsalçıları öz sistemlərində ASUS şirkətinin ana platalarından istifadə edirlər.
5. ACER
Reytinqin beşliyini Tayvan şirkəti ACER bağlayır. Fevral ayının hesabatların əsasən, ACER şirkəti noutbuk bazarının 8,8%-ni tutur. Bundan savayı ACER monitorlar, kommunikatorlar, stol üstü kompüterlər, klaviaturalar, operativ yaddaş, proyektorlar və s. istehsal edir.
TrendForce analitik Tayvan şirkətinin tədqiqat şöbəsi WitsView məlumat verir ki, keçən ay noutbuk istehsalçıları bazarı 12,3 milyon noutbukla təchiz ediblər. Bu göstərici cari ilin yanvar ayının göstəricisindən aşağıdır.
Bu nəticə sezon amilinin təsiri ilə əlaqələndirilir.
Lakin mart ayında canlanma baş vermiş və noutbukların istehsalı 17-20% çoxalıb.