Ölkədə maliyyə sektoru üzrə 2-ci ən böyük fiziki şəxs səhmdarın payı olduğu “Premum Bank” ASC səhmdarlarına 16 milyonluq divident ödəyib.
Banker.a saytının xəbərinə görə, bank bunu balansında olan 16 milyon 151 min manat həcmində olan bölüşdürülməmiş mənfəətdən verib.
O, zaman, pay bölgüsünü əsas götürsək, bu dividentin 13,52 milyon manatı fiziki şəxs olan Zərifə Həmzəyevaya, 2,43 milyon manatı “VIP AVİASİYA Xidmətləri” şirkətinə və 0,51 milyon manatı isə “Premium Bank”da Müşahidə Şurasına sədirlik edən Elçin Əhmədova verilib.
Məlumat üçün bildirək ki, bank yola saldğımız il ərzində 8,89 milyon manatlıq xalis mənfəət edib ki, bu da divident bölgüsündən sonra yerdə qalan 161 milyon manatla toplam 9,02 milyonluq bölüşdürülməmiş mənfəət əlavə qalması deməkdir.