Rusiya taxılının ən böyük Qərb tədarükçülərindən biri olan “Viterra” şirkəti ixracını dayandırmaq niyyətindədir. Şirkət bu qərara seqmentin digər əsas oyunçusu – Amerikanın “Cargill” şirkətinin Rusiyadan buğda ixracını dayandırdıqdan sonra sonra gəlib.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“Bloomberg”in bildirdiyinə görə, “Viterra” Rusiya bazarından çıxmaq niyyətindədir və tezliklə bu qərarını açıqlayacaq. Nəşr aydınlaşdırır ki, “Viterra” və “Cargill” Rusiya buğdasının altı ən böyük ixracatçılarından biri olub. Bunun fonunda Çikaqo birjasında buğda fyuçersləri 3.5% bahalaşıb.
Şirkət Rusiyadan buğda, arpa, qarğıdalı, noxud və günəbaxan yağı satışı ilə məşğul olub. Biznesin satışından sonra şirkətlərin Rusiyadakı aktivlərinin kimə çatacağı məlum deyil.