Dünya İqtisadi forumu (World Economic Forum, WEF) 1979-cu ildən başlayaarq 12 rəqabət qabiliyyəti göstəricisi əsasında ölkələrin reytinqini təşkil edir. Bu göstəricilərdən biri də bu və ya digər ölkənin maliyyə sisteminə əhəmiyyətli dərəcədə zərər vurmadan borclarının öhdəsindən necə gəldiyini nümayiş etdirən dölət borcu səviyyəsidir. Dövlət borcunun ÜDM həcmi ilə nisbəti nə qədər az olarsa, bir o qədər yaxşıdır.
Aşağıda dünyanın ən böyük həcmdə xarici borca sahib olan ölkələri təqdim olunub:
- Fransa
Dövlət borcu: 96,8%.
- Sinqapur
Dövlət borcu: 98,2%.
- İspaniya
Dövlət borcu: 99%.
- Barbados
Dövlət borcu: 103%.
- ABŞ
Dövlət borcu: 105,8%.
- Belçika
Dövlət borcu: 106,3%.
- Kipr
Dövlət borcu: 108,7%.
- Butan
Dövlət borcu: 115,7%.
- Kabo-Verde
Dövlət borcu: 119,3%.
- Yamayka
Dövlət borcu: 124,3%.
- Portuqaliya
Dövlət borcu: 128,8%.
- İtaliya
Dövlət borcu: 132,6%.
- Livan
Dövlət borcu: 139,1%.
- Yunanıstan
Dövlət borcu: 178,4%.
- Yaponiya
Dövlət borcu: 248,1%.
Yaponiya iqtisadiyyatı o dərəcə ləng templərlə inkişaf edir ki, bu yaxınlarda ölkənin Mərkəzi bankı mənfi faiz dərəcələri təqdim etdi.