10 C
Baku
Saturday, December 21, 2024

Ən çox buğda hansı rayonda səpilib? – SİYAHI

Ölkədə 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1054669,3 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 98,7 faizini və yaxud 1041147,5 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 646224,3 hektarı buğda, 394763,2 hektarı arpa, 160,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Ən çox buğda bitkisi Cəlilabad (57337,0 ha), Füzuli (34751,0 ha), Şəki (32940,8 ha), Şamaxı (30098,1 ha), Ağcabədi (23518,2 ha), İsmayıllı (23076,0 ha) və Hacıqabul (20856,6 ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (32497,9 ha), Şəki (31632,0 ha), Neftçala (27050,0 ha), Biləsuvar (26005,3 ha), Ağsu (18560,2 ha), Goranboy (15027,5 ha) və Füzuli (14354,0 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,5 faiz,   o cümlədən buğdanın səpin sahəsi 7,3 faiz artmış, arpanın səpin sahəsi 4,6 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər