Ən çox internet istifadəçisi olan ölkələr sırasında Çin Xalq Respublikası liderlik edir.
Bu ölkənin 829 milyondan çox internet istifadəçisi var.
Növbəti pillədə Hindistan qərarlaşıb. Bu ölkənin internet istifadəçiləri 560 milyondan çoxdur.
Üçüncü sırada Amerika Birləşmiş Ştatları (ABŞ) yer alıb. ABŞ-ın 293 milyondan çox internet istifadəçisi var.
Qeyd edək ki, ardıcıl olaraq siyahıda Braziliya, İndoneziya, Yaponiya, Nigeriya, Rusiya, Banqladeş, Meksika, Almaniya və Türkiyə yer alıb.
©Ted.az