Dövlət Statistika Komitəsi bu ilin ilk yarısında tikintiyə ən çox investisiya yatıran nazirlik, qurumlar, həmçinin dövlət kommersiya strukturlarının siyahısını açıqlayıb. Birincilik Dövlət Avtomobil Yolları Agentliyinə (ADAYA) məxsusdur – təxminən 700 mln. manat (+7%).
ADAYA-nın ardınca 606,6 mln. investisiya ilə (-4,8%) SOCAR gəlir. “Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu infrastrukturunun inkişafına 300,5 mln. manat yatırıb, bu da 2018-ci ilin ilk yarısında olduğundan 29,3% azdır.
©Turan