2 C
Baku
Saturday, December 14, 2024

Ən çox istifadə edilən avtomobillər

BestSellingCarsBlog portalı hər il tərtib etdiyi ilin ən populyar avtomobil modelləri reytinqini yeniləmişdir.

2013-cü il üzrə təyin edilmiş reytinq hər bir avtomobilin ayrı-ayrı ölkələrdə satış həcmi əsasında təşkil edilmişdir və heç bir halda modelin dünya üzrə satış həcmi ilə əlaqədar deyildir.  Ekspertlər 160 ölkənin göstəricilərini təhlil etmiş və küçələrdə daha çox rastlaşa biləcəyimiz 58 modelin siyahısını tərtib etmişdir.

Reytinqin ilk pilləsində dünyaca məşhur Toyota şirkəti olmuşdur. Şirkətin 11 modeli 73 ölkə üzrə lider olmuşdur. Toyota Hilux 34 ölkədə öz liderliyini qoruyub saxlayır. Lakin bununla yanaşı Afrikanın kasıb ölkələrində (23 ölkə) satış həcmləri çox aşağıdır. Bundan əlavə bu model Taylandda daha məşhurdur.

Artıq dünyanın ən çox satılan avtomobil modeli olaraq Ginnesin rekordlar kitabına əlavə edilmiş Toyota Corolla 14 ölkədə ən məşhur avtomobil modelidir.  Model ümumi olaraq Əfqanıstan, Avstraliya, Yamayka və Yeni Zellandiya kimi ölkələrdə liderdir.

Bunun ardınca isə 13 ölkədə lider olan Volkswagen Golf modeli gəlir. Bu model Avropada – Avstriya, Belçika, Almaniya, Latviya və Albaniyada böyük populyarlıqla istifadə edilir. Toyota Land Cruiser isə 6 ölkədə  – Keniya, Qırğızıstan, Monqolustan, Qətər, Somali və Cənubi Sudanda liderdir. Toyota Prado-nu isə 6 ölkənin, Skoda Octavia-nı isə 5ölkənin yollarında görmək mümkündür. Octavia isə öz vətəni Çexiya və Bosniya və Herseqoviniya, Bolqarıstan, Slovakiyada populyardır.

Dacia Logan isə 4, Daewoo Nexia isə 3 ölkədə liderdir.  Bundan əlavə, Mitsubishi L200 modelinə Qambiya, Honduras və Seneqal əhali üstünlük verir. Toyota Camry modeli isə yalnızca Kambocca və Türkmənistanda lider olmağı bacarıb.

Son xəbərlər
Digər xəbərlər