20.9 C
Baku
Monday, October 7, 2024

Ən çox kredit borcu olan bölgələr hansılardır?

2020-cu ilin oktyabr ayının 1-nə Respublika üzrə cəmi vaxtı keçmiş kreditlərin məbləği 1.009 mlrd. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Regionlar üzrə vaxtı keçmiş kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Gəncə və Sumqayıt tutur. Paytaxtda bu göstərici 903.4 mln manat, Gəncədə 18.092 milyon manat, Sumqayıtda 17.301 milyon manat təşkil edib.

Digər yerlərdə isə 6.067 milyon manat olmaqla Lənkəran, 4.771 milyon manat olmaqla Bərdə, 4.313 milyon manat olmaqla Naxçıvan tutur.

Respublika üzrə ən az problemli kreditlər Xızı, Şahbuz, Ordubadın payına düşür.

Son xəbərlər
Digər xəbərlər