“Wall Street”in ən böyük banklarından biri olan “Goldman Sachs”ın baş direktoru David Solomonun qazancı 2022-ci ildə 30 faiz azalaraq 25 milyon dollar olub.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb bankın səhmlərinin qiyməti və gəlirliliyi aşağı düşməsidir.
Qeyd edək ki, Solomon 2021-ci ildə 35 milyon dollar qazanaraq ABŞ-da ən çox maaş alan bank baş direktorlarından biri olmuşdu. Bankın mənfəəti 2022-ci ildə 48 faiz azalaraq 11.3 milyard dollara düşüb. Ötən il şirkətin səhmləri də 10 faiz ucuzlaşıb.