14 C
Baku
Saturday, November 23, 2024

Ən çox müddətli depozit hansı bankdadır? — 01 yanvar 2023-cü il tarixinə RENKİNQ

Azərbaycanda bankların müddətli depozitlərinin 1 yanvar 2023-cü il tarixinə (31 yanvar 2022) həcminə görə renkinqi açıqlanıb.

Banker.az-ın tərtib etdiyi renkinqə 1 milyard 616.29 milyon manat ilə “PAŞA Bank” ASC liderlik edir. O bazarın 18.4%-nə sahiblik edir.

Bank sektoru üzrə müddətli depozitlərin həcmi illik müqayisədə 19% 8 milyard 781.86 milyon manat təşkil edib, o cümlədən bunun 6 milyard 204.1 milyon manatı fiziki şəxslərin və 2 milyard 577.8 milyon manatı hüquqi şəxslərin müddətli əmanətləridir.

İlk növbədə qeyd edək ki, depozitlər müddətli və tələbli olaraq iki yerə ayrılır.

Müddətli depozitlər – Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

Tələbli depozitlər – Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (həmçinin vəsait saxlanma müddətinə uyğun olaraq faizlərin artırdığı əmanətlər də vardır, məsələn ilk ay 2%, növbəti ay 3% və s).

3242342442323

Son xəbərlər
Digər xəbərlər