10 C
Baku
Wednesday, December 11, 2024

Ən çox nöqsan aşkarlanan bu qurumlarda aşkarlanıb – Siyahı

Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən çox nöqsan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (30 hal) qeydə alınıb.

Nöqsan hallarının sayına görə ikinci yerdə Aqrar Xidmətlər Agentliyi (29 hal) gəlir. Üçüncü yerdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (26) qərarlaşıb.

Bildirilib ki, ötən il başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

102e1886 5594 3733 93af ff39a55b6bf5 ada3667f 7ea5 3efb 9e82 0e0ab1fe462b

Son xəbərlər
Digər xəbərlər