15 C
Baku
Wednesday, April 24, 2024

Ən çox şərab ixrac edən ölkələrin siyahısında Azərbaycanda yer tutdu

Amerika Şərab İqtisadiyyatçıları Assosiasiyası (AAWE) dünyanın 60 ən böyük şərab ixracatçısı olan ölkələrin siyahısını tərtib edir.

 Azərbaycan siyahıda 7,7 mln. ABŞ dollarlıq şərab ixracı ilə Rusiyanı qabaqlayaraq 58-ci pillədə qərarlaşıb. Siyahının lideri isə 11,055 mlrd. dollarlıq şərab ixrac edən Fransa olub.

Siyahının ilk beşliyində İtaliya (7,369 mlrd. dollar), İspaniya (3,494 mlrd. dollar), Avstraliya (2,160 mlrd. dollar) və Çili (1,999 mlrd. dollar) yer alıb.

Qonşu Gürcüstan isə şərab ixracından əldə etdiyi illik 197 mln. dollarla siyahının 18-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, sözügedən reytqin 2018-ci ilin göstəriciləri əsasında hazırlanıb.

©APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər