Authorizeşnet bugünkü gündə internetdə ən məşhur ödəniş sistemidir. Onun xidmətlərindən 375 min onlayn mağaza istifadə edirlər. Bu ödəniş sistemi elektron ticarətin məşhur SMS- sistemlərini dəstəkləyir, Magento, Volusion və X-cart daxil olmaq şərti ilə.
Xərclər: Sistemin quraşdırılmasına görə komissiya haqqları: $99, abunə haqqı ayda $20 və hər bir əməliyyat üçün $0,10.
PAYPAL
Bazarın liderlərindən biri. 2012-ci ildə bu ödəniş sisteminin həyata keçirdiyi sazişlərin həcmi $5 milyarddan çox idi. Paypal ödəniş sistemində həm kredit kartları, həm də şəxsi elektron pulları vasitəsi ilə ödəniş etmək olar. Sistem nəinki alış- verişləri ödəməyə, həmçinin bir istifadəçinin hesabından digər istifadəçinin hesabına pul köçürməyə də imkan yaradır.
Xərclər: Sistemin quraşdırılmasına görə komissiya haqqları alış- verişi dəyərinin 2,9%, + hər bir əməliyyat görə $0,30 təşkil edir.
GOOGLE CHECKOUT
Google Checkout ödəniş sistemi Google akauntu vasitəsi ilə ödəniş etməyə imkan yaradır.
Xərclər: Komissiya alış- verişin həcmindən 2,9% təşkil edir, + hər bir əməliyyata görə $0,30.
AMAZON PAYMENTS
Bu ödəniş sisteminin inkişaf olunmuş API ilə təchiz olunublar və bunun sayəsində dünyanın müxtəlif nöqtələrində yerləşın bankların hesablarına vəsaitlər göndərə bilərlər.
Xərclər: Komissiya alış- verişin həcmindən 2,9% təşkil edir, + hər bir əməliyyata görə $0,30.
Əgər ödənişin həcmi $10-dan azdırsa, komissiya 5,0%-ə qədər artır.
DWOLLA
Onlayn ödəmələr aləmində diskauter. Bugünkü gündə şirkət bir sutkada $1,5 milyon məbləğində ödəmələrə nəzarət edir. Yaxın zamanlarda sistemin API-in təchiz olunması gözlənilir.
Xərclər: Əgər ödənişlərin həcmi $10-dan az olarsa, komissiya haqqları tutulmur. $10-dan çox olan ödənişlərə görə $0,25 komissiya haqqı tutulur.
STRIPE
Bu ödəniş sistemindən istifadə etmək üçün pulların köçrələcəyi bank hesabını qeyd etmək kifayətdir. Bütün digər xərcləri isə sistem öz üzərinə götürür.
Xərclər: Komissiya alış- verişin həcmindən 2,9% təşkil edir, + abunə haqqı olmadan hər bir əməliyyata görə $0,30.
BRAINTREE
Braintree -onlayn portal Airbnb və Living Social kimi məşhur şirkətlərlə əməkdaşlıq edir.
Xərclər: Komissiya alış- verişin həcmindən 2,9% təşkil edir, + abunə haqqı olmadan hər bir əməliyyata görə $0,30.
SAMURAI
Samurai- FeeFighters şirkətinin işlətdiyi ödəniş sistemidir. FeeFighters şirkəti ilkin olaraq internet bazarında marketinq tədqiqatlarla məşğul olurdu.
Xərclər: Komissiya alış- verişin həcmindən 2,9%, + hər ay $25 və hər əməliyyata görə $0,30 təşkil edir.
WEPAY
WePay- intenetdə ticarətçilərə, demək olar ki, bütün kredit kartlarının növləri və bank köçürmələrini qəbul etməyə imkan verən ödəniş sistemidir. Həmçinin bu ödəniş sistemi ianələr qəbul etməyə və vergi hesabatı hazırlamağa iman yaradır.
Xərclər: Komissiya haqqları kredit kartlarından hər bir əməliyyata görə $3,5%, bank köçürməsinə görə isə $0,50 təşkil edir.
2CHECKOUT
2Checkout şirkəti bütün dünyadakı banklarla işləmək imkanı yaradır, SMS- xidmətlərini və PayPal sistemindən inteqrasiyanı dəstəkləyir.
Xərclər: Dövriyyənin faizindən asılı olaraq komissiya haqqı $3,99 , + abunə haqqına görə ayda $10,99 , + əməliyyatlara görə $0,45.