Azərbaycanda 2021-ci ilin oktyabr ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (257 milyon 860 min manat). İkinci yerdə isə 157 milyon 705 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Dövlət Sığorta Kommersiya” qərarlaşıb. (53 milyon 452 min manat), 4-cü yerdə “Qala Sığorta” (37 milyon 880 min manat), 5-ci yerdə isə “Atəşgah Həyat Sığorta” (34 milyon 194 min manat).
Oktyabr ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (1 milyon 967 min manat), “Meqa Həyat Sığorta” (382 min manat) sığorta şirkətləridir.
Sığortaçının adı | Sığorta haqları (2021-ci il oktyabr), min manat |
Paşa Həyat Sığorta | 257,860 |
Paşa Sığorta | 157,705 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 53,452 |
Qala Sığorta | 37,880 |
Atəşgah Həyat Sığorta Şirkəti | 34,194 |
Xalq Sığorta | 25,096 |
Meqa Sığorta | 22,321 |
Atəşgah Sığorta Şirkəti | 19,397 |
Qala Həyat Sığorta Şirkəti | 16,497 |
İpək Yolu Sığorta | 14,939 |
A-Qroup Sığorta Şirkəti | 11,235 |
Azərbaycan Sənaye Sığorta | 10,558 |
AtaSığorta | 10,206 |
AzSığorta | 9,399 |
Günay Sığorta | 8,652 |
Xalq Həyat Sığorta Şirkəti | 5,115 |
Aqrar Sığorta | 4,661 |
Bakı Sığorta | 4,185 |
Naxçıvansığorta | 1,967 |
Meqa Həyat Sığorta | 382 |