10 C
Baku
Wednesday, December 11, 2024

Ən dağıdıcı qlobal maliyyə böhranları

İstənilən maliyyə böhranı özündə iqtisadi sistemin ağırlaşdırılmasını da əks etdirir. İqtisadi sistem müxtəlis səbəblərdən ağırlaşa bilər. Belə səbəblərdən biri bir sistemin digərinə zəmin yaratması ola bilər və əksinə.

2008-ci ilin hadisələri hələ insanların yaddaşından silinməyib. İnsanlar böyük qorxu ilə yeni iqtisadi kollapsları, işsizliyin həddinin artmasını, inflyasiyanı, devalvasiya və bir sıra digər çətinlikləri gözləyir.

 

Aşağıda sizə dünyanın ən dağıdıcı maliyyə böhranlarının statistikasını təqdim edirik:

  • 1825 – İlk beynəlxalq maliyyə böhranı hesab edilir. Bir sıra Latın Amerikası ölkələrinin müstəqillik əldə etməsi ilə buraya Böyük Britaniyadan kapital axını başladı. London fond birjasında spekulyasiya nəticəsində dünya fond birjasında geniş miqyaslı böhran əmələ gəldi.
  • 1907 – İngiltərə bankı uçot dərəcəsini 3,5%-dən 6%-ə qaldırdı və dağıdıcı maliyyə böhranı üçün zəmin yaratdı. Həyəcan İngiltərə, ABŞ, Fransa, İtaliya və digər ölkələrdə fond bazarlarının enməsinə səbəb oldu.
  • 1914 – Böhran Birinci dünya müharibəsinin başlamasından sonra yarandı. Ağır kollaps bir çox ölkələrin məhsul və fond bazarlarına zərbə vurdu. Bank həyəcanlarını isə mərkəzi bankların vaxtında müdaxilə etməsi ilə cilovlamaq mümkün oldu.
  • 1929-1933 – Skandinaviya valyutasının, həmçinin ABŞ, Böyük Britaniya və İtaliya pul vahidlərinin dəyərinin ani artması məşhur “Dahi Depressiyaya” təkan oldu. 1929-cu ildə Nyu-York fond bazarı dağıldı. Nəhəng şirkətlərin şəhmlərinin dəyəri 70%-ə qədər ucuzlaşdı. Bunun ardınca isə bir sıra fabriklər bağlanıldı və işsizlik səviyyəsi artdı. Nəticədə də “Dahi Depressiya”dan ABŞ və Qərbi Avropada 30 milyon insan zərər gördü.
  • 1973-1974 – OPEC ölkələri neft istehsalını azaldaraq onu İsrail ilə əməkdaşlıq edən ölkələrə çatdırmaq imtina etdilər. Nəticədə də “qara qızıl”ın dəyəri üç qat artdı. Yaranmış böhran SSRİ-dən neft məhsullarının idxal həcminin artmasına səbəb oldu.
  • 1987 – ABŞ fond bazarında uğursuzluq nəticəsində Dou-Consun indeksi 508 punktdan 22,6%-ə endi. Bunun ardınca Avstraliya, Kanada, Honq Konq, Yeni Zellandiya və Latın amerikası ölkələrinin fond bazarları dağıldı. Bazarların bərpa edilməsi üçün ölkələrə təxminən 2 il lazım olmuşdu.
  • 1994-1995 – Bu yerli meksikan böhranını iqtisadçılar “Tekila” adlandırır. “Maliyyə yanğını”-nın daha geniş yayılmaması üçün bir çox ölkələr meksikaya maliyyə yardımı edirdilər.
  • 1997 – Asiya böhranı Hong Kong fond bazarının dağılmasına səbəb oldu. Yaranmış vəziyyət bütün Cənub-Şərqi Asiyada ciddi rezonanslara səbəb oldu. Bir müddətdən sonra böhran dalğası ABŞ və Avropa bazarlarına da gəlib çatdı.
  • 1998 – Bu ildə baş vermiş böhran Rusiya, Ukrayna, Litva, Estoniya, Latviya, Qazaxıstan, Maldova və Belorusiya iqtisadiyyatına zərbə vurdu.
  • 2008 – Böhran xammal qiymətlərinin və kredit borclarının artmasına səbəb oldu. Maliyyə analitikləri böhranın hələ də başa çatıb-çatmadığı barədə vahid bir qərara gələ bilməmişlər. Lakin onlar bir ideya ilə razıdırlar ki, 2008-ci il böhranı qlobal iqtisadiyyat tarixində ən dağıdıcı böhran oldu.
Son xəbərlər
Digər xəbərlər