15 C
Baku
Saturday, October 19, 2024

Ən gəlirli biznes hansıdır – Forbes reytinqi

Forbes jurnalı kiçik biznesin ən gəlirli və perspektivli sahələrinin siyahısını tərtib etmişdir. Reytinq 3 mindən çox fərdi sahibkar və şirkətlərin 2003-2011-ci il nəticələrinin toplanması nəticəsində tərtib edilmişdir.

Reytinqə xalis gəliri 16,5% təşkil edən şəxsi auditorlar liderlik etmişdir. Audit xidmətindən istifadəyə böyük tələbat olduğundan, dünya maliyyə böhranı bu mütəxəssislərin işinə təsir göstərmir.

Reytinqin ikinci pilləsində 15,3% gəlirli manual terapevtlər yer alıb. Üçüncü pillədə isə gəliri 15% təşkil edən ixtisaslaşmış klinikalar qərarlaşıb. Bundan əlavə, reytinqin dördüncü pilləsinə gəldikdə isə, buraya 14,9% xalis gəlirli mühasibatlıq xidməti göstərən şirkətlər daxildir.

Bütün bunlardan əlavə, ən gəlirli biznes sahələri reytinqinin 10-luğuna vergi hesablamaları istehsal edən şirkətlər, stomatoloq-ortodentlər, həmçinin fərdi idarəçilər daxildir.

Son xəbərlər
Digər xəbərlər