16 C
Baku
Monday, May 6, 2024

Ən gözəl qadın haqqında ibrətamiz hekayə

Bir dəfə iki dənizçi öz qismətlərinin axtarışında dünya səyahətinə çıxırlar. Bu axtarışlar onları bir adaya gətirib çıxarır. Yerli qəbilələri idarə edən qəbilə başçısının iki qızı var idi. Böyük qız çox gözəl idi, kiçik isə zahiri görkəminə görə elə də fərqlənmirdi.

Nəhayət dostlardan biri digərinə deyir.

–    Mən artıq qərara gəlmişəm ki, burada qalım, mənim xobəxtliyim buradadır. Mən başçının qızı ilə evlənəcəyəm.
–    Bəli, bu düzgün seçimdir. Başçının böyük qızı qeyri-adi dərəcədə gözəl və ağıllıdır. Evlən onunla və xoşbəxt ol.
–    Yox, dostum, sən məni düz anlamadın. Mən qızlardan kiçiyi ilə evlənmək istəyirəm.
–    Nə danışırsan, axı onun elə də görkəmi yoxdur!
–    Mən belə hesab etmirəm, o mənim ürəyimcədir və mən dediyim kimi də edəcəyəm.

Dənizçi söhbətdən sonra əşyalarını yığıb, yenidən dənizəyola düşdü. Digər dənizçi isə qəbilə başçısının yanına, kiçik qızdan ötrü elçiliyə gəldi.
Qəbilədə belə bir ənənə var idi ki, gəlin almaqdan ötrü xərac vermək tələb olunur və bu xərac inəklərlə verilirdi. Yaxşı namizəd hesab olunan gəlinlər üçün isə xərac 10 inəkdən ibarət idi. Dənizçi də bu qədər inək alır və onları qəbilə başçısının yanına gətirir :

–    Başçı, sənin qızın mənim xoşuma gəlir və mən onunla evlənmək istəyirəm. İnəkləri götür və qızını mənə ver..
–    Əhsən, sən çox doğru seçim etmisən. Mən böyük qızım təkrarsız gözəlliyə malikdir və o, təklif etdiyin bu qiymətə dəyər. Mən onu sənə verirəm.
–    Xeyir başçı, sən mməni düzgün anlamadın. Mən sənin kisik qızını almaq istəyirəm.
–    Ola bilsin ki, sənin ağlın yerində deyil. Məgər sən onu görməmisən, o çox çirkindir və heç çəkici deyil. Mən ümumiyyətlə onu nə vaxta ərə verəcəyimə dair ümidlərimi çoxdan itirmişdim.
–    Amma mənə məhz o lazımdır!
–    Yaxşı, etirazım yoxdur, amma mən vicdanlı insanam və ona görə səndən cəmi üç inək götürəcəyəm, bundan artığına o, layiq deyil.
–    Xeyr, mən adətə uyğun 10 inək bac verəcəyəm.

Müəyyən müddət keçəndən sonra onlar evlənirlər. Artıq bu hadisənin üzərindən bir neçə il də keçir. O, vaxt yoluna davam etməyə qərar vermiş və indi artıq kapitan olmuş dənizçi dost evlənmiş dostuna baş çəkməyə qərar verir ki, görsün onun taleyi necə alınıb. O, adaya doğru üzür, sahillə yan alır. Sahilə düşəndə isə qeyri-adi gözəlliyə malik bir qadın görür. Qadından öz dostunu harada tapa biləcəyini soruşan dənizçi, dostunun evinə doğru istiqamət alır. Yaxınlaşanda o, dostunu və onun ətrafına çoxlu körpə uşaqları görür. O, dostuna belə bir sual verir?

–    Həyatın neçə keçir, necə yaşayırsan.
–    Mən xoşbəxtəm.

Məhz, həmin anda onlara o gözəl qadın yaxınlaşır.

–    Tanış ol əziz dostum, bu mənim xanımımdır.
–    Mən bilmirdim ki, sən ikinci dəfə evlənmisən.
–    Xeyr, bu elə mənim seçdiyim, başçının həmin kiçik qızıdır.
–    Bu inandırıcı deyil, o elə deyişib ki, onu heç tanımaq mümkün deyil. Axı, bu necə ola bilərdi?
–    İstəyirsən, get özündən soruş.

Dənizçi, qıza yaxınlaşır və maraqla soruşur:

—Xanım bağışlayın ki, sizi narahat edirəm. Mən bizim ilk rastlaşdığımız vaxtları xatırlayıram. Onda siz heç də indiki kimi göz oxşamırdınız.  Axı bu dəyişiklik və bu gözəllik indi sizdə haradandır,  bu sirdən məni də agah edin mümkünsə.
–    Hər şey çox sadədir, hörmətli dost. Sadəcə  mən bir dəfə anladım ki, 10 inəyə dəyərmişəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər