32 C
Baku
Tuesday, July 29, 2025

Ən güclü smartfonlar hansıdır? (FOTOLAR)

“AnTuTu” bençmarkının tərtibatçıları olan mütəxəssislər bu ilin ilk rübü üçün ən dəbli müasir smartfonlarının reytinqini tərtib ediblər.

Bu siyahıya Çinin “Xiaomi Mi5” cihazı başçılıq edir. Bir qədər ondan geridə qalan isə Cənubi Koreyanın “Samsung Galaxy S7 edge” və “Apple”in “iPhone 6s” smartfonlarıdır.

AndroidPIT Xiaomi MI5 10 w782
Xiaomi Mi5
Vivo Xplay 5 Elite Front Colour
Vivo Xplay 5

Ən güclü smartfonların tərtib edilmiş reytinqində Çin cihazlarının sayının artması müşahidə olunur. Belə ki, TOP-10-a daxil olan smartfonların tam yarısı Çində istehsal olunub.

Liderlərin ilk beşliyində “Huawei Mate 8” və “Meizu Pro 5” kimi modellər də yer alıb. Onlardan bir qədər geridə qalan isə “Samsung” şirkətinin istehsalı olan “Galaxy Note 5” smartfonu və “LeTV Max” cihazıdır.

DSC03006 1
Huawei Mate 8

İstifadəçilər arasında populyar olan “iPhone 6” isə reytinqin 8-ci cərgəsində yer alıb. Siyahının son iki yeri isə “Vivo Xplay 5” və “Samsung Galaxy S6” modellərinə verilib.

Mütəxəssislər gözləyir ki, bu ilin sonuna ən güclü smartfonların reytinqində dəyişikliklər olacaq. Buna səbəb “Galaxy Note 6” və “Apple iPhone 7” kmim yeniliklərin istifadəyə verilməsi olacaq.

 

Lent.az

Son xəbərlər
Digər xəbərlər