23 C
Baku
Tuesday, October 1, 2024

Ən məşhur həbsdən qaçış cəhdləri

1. Paskal Payet: üç dəfə vertolyotla həbsdən qaçmağı bacarıb!

Paskal Payet inkassator maşınının qarət edilməsi zamanı qətl hadisəsi törətdiyinə görə həbs edilmişdi. 2001-ci ildə o 30 illik azadlıq məhrum edilmiş və o zamandan bu yana üç dəfə həbsdən qaçmağı bacarmışdır. Sonuncu dəfə 2007-ci ildə həbsxananın damına 1 saat öncə Kann istirahət mərkəzindən pilot ilə birgə oğurlanmış vertolyot enir. Vertolyotu oğurlayanlar Paskal Payetlə əlbir olan şəxslər idi və cinayətkar onlarla birgə vertolyotla uzaqlaşmağı bacarır. Onlar Aralıq dənizinin sahilində pilotu sərbəst buraxırlar və o zamandan bu günə qədər onları bir daha görən olmayıb.

2. Con Cillincer: taxtadan hazırlanmış və ayaqqabı boyası ilə qara rəngə boyanmış saxta tapança ilə həbsdən qaçıb!

1934-cü ilin 3 martında Conni çoxlu sayda polis və milli qvardiya hərbçiləri tərəfindən qorunan Kroun Poynt həbsxanasından (bu həbsxanadan qaçmaq qeyri-mümkün hesab edilirdi) qaçmağı bacarır. Dərhal yerli qəzetlərdə məhkumun taxta silahın köməkliyi ilə qaçması xəbəri yayılır. O bu taxtadan hazırlanmış silah ilə nəzarətçini təhdid edərək qapını açmasını əmr edir. Daha sonra isə bütün nəzarətçiləri kameraya yığaraq qapını bağlayır və sakitçə həbsxananı tərk edir.

3. Alfi Haynds: üç dəfə həbsdən qaçmağı bacarıb. Bir dəfə isə nəzarətçiləri ayaqyoluna salaraq qapını bağlamışdı.

1953-cü ildə Alfi Haynds böyük bir zərgərlik mağazasının qarət olunmasına görə həbs edilir. Lakin o oğurlanmış 90 min dolları heç vaxt geri qaytarmayıb. Məhkəmədə o özünün günahkar hesab etməyib və 12 illik həbs cəzasına layiq görülüb.
Alfi qeyri-müəyyən şəkildə həbsdən qaçmağı bacardıqda onu cəmiyyət arasında onu məşhur  illuziyaçının şərəfinə Guddini Haynds olaraq çağırmağa başladılar. O həbsdən qaçdıqdan sonra qanuna tabe vətəndaş kimi yaşamağa başlayır  və 1956-cı ildə 248 günlük axtarışlardan sonra dedektivlər tərəfindən aşkar edilənə qədər inşaatda işləyir. O həbs edildikdə qanunu türmə rəhbərliyinə qarşı çevirir və onları özünün qanunsuz olaraq həbs edilməsində günahlandırır. O ayaqyoluna getdikdə və qollarından qandallar çıxarıldıqda nəzarətçiləri içəri salır və qapını arxadan bağlayaraq məhkəmə binasından qaçır.

4. Culian Şotard: onu həbsxanaya gətirən furqonun aşağı hissəsində gizlənərək türmədən qaçır.

2009-cu ildə fransız Culian Şotard cəsur üsulla həbsxanadan qaçmağı bacarır. Furqondan düşən məhkumlar sıra ilə içəri keçməklərini gözləyirlər. Cəld davranan Culian isə furqonun ən aşağı hissəsində gələrək indicə düşdüyü furqonla da geri qayıdır. O bu hadisədən bir müddət keçdikdən sonra polisə gələrək özü təslim olmuşdu.

5. Frenk Morris, Klarens və Con Enqlinin – Alkatrasdan qaçmağı bacaran yeganə məhkumlar.

11 iyun 1962-ci ildə Frenk Morris qardaşları Con və Klarens ilə bu günə qədər mövcud olmuş ən çətin qaçış planını həyata keçirmişlər. Morris və Klarens ventilyasiya şaxtası ilə yuxarı qalxır və bacalardan birindən dama çıxırlar. Daha sonradan onlar damdan aşağı enərək və adanı rezin qayıqlarda üzərək tərk etmişlər. Səhər hər kəs Alkatrasda onları axtarırdı, lakin əbəs yerə. Həbsxana müdürü onların qaçdıqlarının fərqinə gec varmalarını belə izah etmişdir: onlar yataqlarında öz yerlərinə sabun və tualet kağızı və həqiqi saş qarışığından hazırlanmış saxta “başlar” qoymuşdular.

Son xəbərlər
Digər xəbərlər