22 C
Baku
Sunday, April 28, 2024

Ən məşhur sənət əsəri oğurluqları

Aşağıda sizə XX əsrdə törədilmiş ən məşhur və səsküyə səbəb olmuş sənət əsəri nümunələri oğurluqlarını təqdim edirik:

Francisco Goya, «Hersoq Vellinqtonun portreti»

1961-ci ildə Amerikadan olan neft maqnatı, məşhur kolleksioner Çarlz Raytsmen bu əsəri 392 000 dollara əldə edir. Lakin o aldığı əsəri Amerikaya apara bilmir. Bu hadisə İngiltərədə elə bir qalmaqal yaradır ki, Britaniya hökuməti tez bir zamanda lazımi məbləği toplayaraq əsəri amerikalı maqnatdan alır. Əsər milli qalereyaya aparılmadan öncə oğurlanmışdı və oğru əsərin elə alındığı qiymətdə pul tələb edirdi. Bununla yanaşı o bildirirdi ki, əldə etdiyi məbləği xeyriyyə məqsədi ilə xərcləyəcək. 1965-ci ildə isə rəsmi oğurlamış şəxs – işsiz, əvvəllər avtobus sürücüsü işləmiş Kempton Banton könüllü şəkildə sənət əsərini geri qaytarmışdı. O rəsmin yeri haqqında məlumatı Daily Mirror qəzetinə göndərmişdi. Öz qeyri-adi oğurluğu səbəbindən ona üç aylıq həbs müddəti təyin edilmişdi.

Piero della Françesko, «İsa peyğəmbərin qamçılanması»

Sənət əsərlərinin vətəni olan İtaliya həmçinin bu nümunələrin oğurluğu ilə də məşhurdur. Belə ki, Urbində Ducal sarayında yerli oğrular heç bir xüsusi plan hazırlamadan buradan iki dünya əfsanəsini – Françeskonun “İsa peyğəmbərin qamçılanması” və Rafaelin “Madonna di Senigallia” əsərini oğurlamışdılar. Bu hadisəni dünya mətbuatl “əsrin oğurluğu” adlandırmışdı. Oğrular qiymətsiz olan bu iki əsəri heç qara bazarda belə sata bilməyəcəklərini başa düşdükdə, əsərləri İsveçrədə qoyub getmişdilər və 1976-cı ilin martında əsərlər buradan heç bir ziyan görməmiş şəkildə tapılmışdı.

Renuar, Mone, Koro – müxətlif əsərləri

13 oktyabr 1985-ci ildə Parisin Marmottan muzeyindən bu üç rəssama məxsus 9 şah əsəri oğurlanmışdı. Silahlı soyğunçular muzeyə daxil olaraq ziyarətçilərə və muzeyin mühafizəçilərinə güc tətbiq edəərk yerə uzanmalarını tələb edirlər. Bundan sonra onlara lazım olan rəsmləri divardan çıxarıb aparırlar. Ekspertlərin qiymətləndirməsinə görə, oğurlanmış rəsmlərin ümumi dəyəri 20 milyon dollara bərabər idi. Polis burada Action Direct radikal qrupundan şübhələnirdi və onların şübhələri özünü doğrultdu. Tədqiqatlat 5 il ərzində davam etdi və 1990-cı ildə oğurlanmış rəsm əsərləri Korsikada bir villada atılmış şəkildə tapıldı.

Dəfn maskası

1985-ci ilin dekabrında Mexikoda Milli antropoloji muzeyin mühafizəçiləri yoxlama aparır və 7 vitrindən qiymətsiz eksponatların oğurlandığını görürlər. Oğrular qədim mayyalılara, asteklərə və sapoteklərə məxsus olan qızıl və nefrit bəzək əşyaları, vazalar və heykəllər də daxil olmaqla 140-dan çox unikal sənət əsəri nümunəsini oğurlamışdılar. Muzeyə vurulan zərəri hesablamaq mümkün deyildi. Belə ki, oğurlanan cəmi bir vazanın dəyəri 20 milyon dollar idi. Bu eksponatların uzunluğu 3 santimetrdən çox deyildi və onları 2 çantaya yığmaq və gizlətmək elə də çətin deyildi. O zamandan bəri oğurlanmış nümunələrdən yalnız biri tapılmış və geri qaytarılmışdı. Bu da dəfn maskası idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər