Pitchbook, ən müvəffəqiyyətli sahibkarlar məzun edən universitetləri sıralayıb. Əsasən, bu siyahıya Amerika universitetləri daxil edilib, lakin Avropadan da nümayəndələr var.
İlk sıralar aydındır: Stanford, Berkeley və MİT. Bu universitet proqramlarının məzunları cəmi 70 milyard dollar investisiya cəlb ediblər. Harvard 4-cü sıradadır (25 milyard dollar), top-5-liyi isə Pensilvaniya Universiteti (16 milyard dollar) bağlayır. Tel Aviv Universiteti 8-ci, Yale və Princeton isə ilk onluğa daxil ola bilməyiblər,11 və 12-ci yerlərdə qərarlaşıblar.
Həmçinin Pitchbook MBA proqramları üzrə ən uğurlu məzunların top- 25 universitetlərin siyahısını tərtib edib. Burada ilk sırada Harvard universitetidir.
Startuplar üçün MBA proqramlarının ayrı-ayrı reytinqlərini topladılar. Stanfort və Harvard yenidən ilk sıralardadır.
Reytinq tətbiq edildikdə 2006-cı ildən 30iyul 2018-ci ilə dək olan məlumatlar nəzərə alınıb.