14 C
Baku
Sunday, September 29, 2024

Ən müxtəlif bayraqlar haqqında faktlar

1. Dünyanın ən qədim bayrağı

Bayraqlar ilk olaraq Çin və Hindistanda peyda olmuş, daha sonradan bütün dünyaya yayılmışdır. Bayraqlar lap qədimdən yarandığı üçün hansı bayrağın məhz ilk yarandığını demək çətindir. Lakin dünyanın ən qədim bayrağı hələ də istifadə edilən Dannebroq bayrağı hesab edilir.

Keçmişə, 13-cü əsrə (15 iyun, 1219) qayıtsaq, Dannebroq-un Danimarkanın dövlət bayrağı olduğunu görərik. Bu bayraq daha sonradan digər skandinaviya ölkələrinin bayraqlarının dizaynına təsir göstərmişdir. Bayraq rəsmi olaraq qəbul edilməmişdən öncə vikinqlərin ərazilərində istifadə edilirdi və üçbucaq kənarlara malik idi. Avstriyada ən qədim bayrağa sahib olmağa namizəddir. Lakin buradakı bayrağın tarixi 1230-cu il olaraq göstərilir.

2. Ağ bayraq

Ağ bayraq – beynəlxalq səviyyədə barışığın əldə edilməsi, yaxud müharibənin başa çatması və danışıqların aparılmasını xahiş etmək nişanıdır. Ağ bayraq həmçinin təslim olmaq niyyətini də bildirir, buna görə də adətən zəif hərbi tərəf bu bayraqla çıxış edərək danışıqlara başlamağı xahiş edir.

Ağ bayraq yaxınlaşan insanın silahsız olduğunu və dialoqlara başlamaq arzusunda olduğunu ifadə edir. Ağ bayraq daşıyan insan atəş aça bilməz və onu vurmaq olmaz. Bayraqdan istifadə Cenevrə Konvensiyasına daxil edilib.

3. Qara bayraq

Qara bayraq və qara rəng 1880-ci illərdən etibarən anarxiya ilə əlaqələndirilir. Bir çox anarxiya kollektivlərinin adlarında “qara” sözləri var. Müxtəlif dövrlərdə “Qara bayraq” adlı anarxiya təşkilatları mövcud olmuşlar.

Vahid rəngli qara bayraq rəngli bayraqlardan fərqli olaraq bütün repressiv strukturları inkar edir. Bundan əlavə, ağ bayrağın təslim olmaq niyyətinin universal rəmzi olduğu halda, qara bayraq rəhmsizliyin simvoludur.

4. Şən Roger bayrağı

Şən Roger bayrağı – bu ad istənilən dəniz qulduru bayrağına verilən addır. Hazırda ən məşhur Şən Roger bayrağı “X” şəkilli iki sümüyün üzərində yer alan insan kəlləsi fiqurudur. Bütün bu kompozisiya qara fon üzərində təsvir olunub. Bu dizaynlı bayraq bir çox məşhur dəniz qulduru tərəfindən istifadə edilib.

Bir çox Şən Roger bayraqları qum saatını əks etdirirdi. Bu 17-18-ci əsrlərdə Avropada ölüm simvolu idi.

5. Mars bayrağı

Mars bayrağı planeti təmsil edən üçrəngli bayraqdır. Bu bayraq heç bir hüquqi gücə malik olmasa da, Mars icması və planetar icma tətəfindən təsdiq edilib.  Bayraq Mars planetinin “gələcək tarixini” təsvir etmək üçün nəzərdə tutulub.

Dirəyə ən yaxın məsafədə yerləşən qırmızı zolaq Mars planetinin bu gününü əks etdirir. Yaşıl və mavi zolaqlar isə Marsda möcvud ola biləcək torpaq formalaşmasını əks etdirir.

6. Nasist bayrağı

Nasist bayrağı bəşəriyyət tarixində ən mübahisəli bayraq hesab edilir. O hətta bu günlərdə bir sıra ölkələrdə qadağan edilib. Bayraq Hitlerin özü tərəfindən yaradılıb və o belə güman edirdi ki, imperial Almaniyanın rənglərindən istifadə etmək mütləqdir. O deyirdi: “Bu rənglərdən istifadə bizim ənənəmiz və keçmişə olan hörmətimizdir ki, bütün bunlar alman millətinə böyük şərəf gətirib”.

Son xəbərlər
Digər xəbərlər