19 C
Baku
Friday, May 3, 2024

Ən orijinal vizit kartları

Hər dəfə kiməsə öz vizit kartınızı verdikdə siz həmin insana sadəcə öz əlaqə nömrələrinizi verirsiz və özünüz haqqında daha çox məlumat vermək imkanından məhrum olursunuz. Hər gün sizin həmkarlarınız, şərikləriniz və potensial işəgötürənlər üzərində sadəcə ad və əlaqə nömrəsi yazılmış çoxlu sayda kartlar əldə edirlər. Bu çoxluq içərisində nəzərdən kənarda qalmaq mümkündür. Bəs vəziyyəti necə dəyişərək rəqiblərdən üstün olmaq olar?

Orijinal dizaynlı vizit kartlarının hazırlanması artıq yoxlanılmış vasitədir. Məsələn, tibb sənayesi mütəxəssisi Tim Noppert xüsusi tibbi plastikin təqdimatı üçün variantlar axtarırdı. Və nəhayət o bu plastikdən özünə vizit kartı sifariş etdi və bu onun şirkətinin müştərilərə yeni məhsulu nümayiş etdirməsi üçün əla üsul oldu.
Qeyri-adi vizit kartının yaradılma prosesində bütün üsullar qəbulediləndir: forma, material, qabartmalar, tamamlayıcı elementlər, tipoqrafiya və s. Burada əsas olan lazımi məlumatı vermək və vizit kartının sahibi haqqında müəyyən təəssürat yaratmaqdır. Aşağıda dünyadakı ən orijinal vizit kartı nümunələri təqdim olunmuşdur.

İlk vizit kartları III əsrdə Çində meydana gəldi və o dövrdən bu günə qədər vizit kartı ideyaları təkmilləşmişdir. Ən son moda olaraq isə mini-disk formasında olan vizit kartları hesab olunur. Bu diskləri kompyuterə yerləşdirdikdə təşkilat və yaxud insan haqqında kifayət qədər məlumat alırsınız. Bu mini-disklərə adi vizit kartlarından fərqli olaraq daha çox məlumat yerləşdirmək mümkündür. Həmin vizit kartlarından hazırda nəhəng kompyuter firmalarının nümayəndələri, IT mütəxəssisləri istifadə edirlər.

vizitki01vizitki02vizitki04vizitki06vizitki07vizitki08vizitki09vizitki11vizitki12vizitki14vizitki15

Son xəbərlər
 ⁠
Digər xəbərlər