8 C
Baku
Friday, December 13, 2024

Ən pis iş vərdişləri

Hər bir insan öz davranışında zəif cəhətlərə sahibdir. Aşağıda sizə əməkdaşlarınızın heç də hamısının xoşuna gəlməyəcək vərdişlərinizi təqdim edirik. Əgər siz də bu vərdişlərə sahibsinizsə tərgitməyə çalışmağınız məsləhətdir.

E-poçta laqeyd yanaşmaq

Elektron poçt artıq bizim iş sahəmizdə əsas ünsiyyət vasitəsinə çevrilib. Ona görə də buna laqeyd yanaşmaq lazım deyil.

Qeyri-formal və hörmətsiz münasibət

Rəhbərlə münasibətləriniz nə qədər yaxşı olursa olsun, rəhbər elə rəhbərdir. Siz ona hörmət etməli və artıq hərəkətlərə yol verməməlisiniz.

Azadlıqdan sui-istifadə etmək

Hər şey çərçivə daxilində olmalıdır. Əgər sizin şirkətdə gecikmələrə üzrlü yanaşırlarsa, bu o demək deyil ki, siz hər gün işə saat 10-da gəlməlisiniz.

Uzaqlaşmaq vərdişi

Şəxsi həyatı işə qarışdırmaq lazım deyil. Lakin bununla yanaşı, əməkdaşlarla sosial qarşılıqlı münasibətləri və səmimi söhbətləri rədd etmək lazım deyil. Bu onlarla ünsiyyəti yaxşılaşdırmaq üçün sizə çox yaxşı kömək edəcək. Bununla onların sizi daha yaxşı tanımaq şansları olacaq. Beləliklə artıq siz üçüncü mərtəbədə işləyən hər hansı adi bir işçi olmayacaqsınız.

Şirkəti və rəhbərliyi söymək

Rəhbərliyə və şirkətə olan narazılığınızı sosial şəbəkələrdə açıq şəkildə biruzə heç də yaxşı fikir deyil. İnternet – ictimai yerdir və sizin bütün əsəbi çıxışlarınız birbaşa olaraq özünüzə geri qayıda bilər.

Son xəbərlər
Digər xəbərlər