10 C
Baku
Thursday, December 12, 2024

Ən pis vaxtlar geridə qaldı: “Morgan Stanley” bankının investisiya direktoru səhmlərin alışı haqqında

Əgər koronavirus pandemiyasının ən pik nöqtəsi hələ qabaqdadırsa, birjalardakı vəziyyət get-gedə yaxşılaşmağa başlayır.

Banker.az xəbər verir ki, bu barədə “Morgan Stanley” bankının investisiya direktoru Mayk Uilson bildirib.

“Keçən ay aktivlərin məcburi satılması prosesinin yavaşlamasını, eyni zamanda monetar və fiskal müdaxilələrlə birlikdə 2011-ci ildən bəri gördüyümüz cəlbedici kotirovkaları nəzərə alsaq, ən pis dövrün (“Ayı bazarı” nın) gedirə olduğunu söyləyə bilərik.

İnvestisiya direktorunun sözlərinə görə, bazarların çökməsi adətən tənəzzül ilə nəticələnir, onunla başlamır. Hal-hazırda risk və qiymətli kağızların gəlirliliyi nisbəti son illərlə müqayisədə daha cəlbedicidir, deyə Uilson bildirir.

“Tunelin sonunda işıq görünsə də, bu hələ də ən uzun tuneldir”, – “UniCredit” bankının iqtisadçısı Erik Nilsen söyləyir.
Xatırladaq ki, indiyədək koronavirus infeksiyasına 1,3 milyon insan yoluxub, onlardan 70 356 dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər