-1 C
Baku
Saturday, December 14, 2024

Ən populyar ticarət mərkəzi hansı oldu?

Arabian Business-in verdiyi məlumata görə, 2013-cü il ərzində The Dubai Mall ticarət və əyləncə mərkəzini 75 milyondan çox insan ziyarət edib. Bununlada bu mərkəz dünyanın ən məşhur ticarət və əyləncə mərkəzi statusunu qoruyub saxlayır.

2012-ci il ilə müqayisədə The Dubai Mall-u ziyarət edən insanların sayı 15%, satış həcmi isə 26% artmışdır. Orta hesablama ilə bir gündə mərkəzə 200 mindən çox insan gəlmişdir ki, bunların da 40%-ni turistlər təşkil edir.

Reytinqdə ikinci və üçüncü pilləni digər məşhur ticarət mərkəzləri olan ABŞ-da Mall of America və Böyük Britaniyada Bullring Birmingham tutmuşdur. Bu ticarət və əyləncə mərkəzlərini isə 40 milyon insan ziyarət etmişdir. Bundan əlavə, reytinqin digər pillələrini Britaniyanın Intu Trafford Centre (30 milyon ziyarətçi), Fransada Part Dieu Lyon (29,4 milyon ziyarətçi) və Kanadada West Edmonton Mall (28 milyon ziyarətçi) tutmuşdur.

2008-ci ildə açılmış The Dubai Mall sahib olduğu əraziyə görə dünyanın ən böyük ticarət mərkəzi hesab edilir. Ticarət mərkəzinin ərazisində 1200-dən çox mağaza, 250 otel otağı, dünyanın ən böyük akvariumu, bir neçə əyləncə parkı, 22 zallı kinoteatr, 120 restoran və 14 min maşın saxlamaq mümkün olan dayanacaq var.

Bu ticarət mərkəzi artıq neçə illərdir ki, öz statusunu qoruyub saxlayır. The Dubai Mall-u 2009-cu ildə buranı 37 milyon, 2010-cu ildə 47 milyon, 2011-ci ildə 54 milyon, 2012-ci ildə isə 65 milyon insan ziyarət etmişdir.

Son xəbərlər
Digər xəbərlər