15 C
Baku
Friday, April 26, 2024

Ən qəribə biznes layihələri

Fillərlə maşın yuma

ABŞ-da Wildlife Safari adlı qoruq fəaliyyət göstərir və bura turistləri cəlb etmək üçün kifayət qədər gözəl yerdir. Lakin son zamanlar insanlar bura təbiətin gözəlliklərindən zövq almaq üçün deyil, 3 iri Afrika filinin maşınları necə yumalarına tamaşa etmək üçün gəlirlər. Fillər onları əhliləşdirən şəxsin rəhbərliyi altında maşınınızı süngərlə yaxşıca sürtərək parıldadacaqlar. Daha sonra elə öz xorumları ilə onu su ilə durulayacaqlar. Möhtəşəm mənzərədir. Bu inanılmaz xidmətdən yararlanmaq isə arzusunda olanlara cəmi 20 dollara başa gələcək.

Afrika cənazələri

Afrikada “zəhmətkeşlər” boş oturmağı sevmirlər. Onlar böyük uğurla ən müxtəlif formalarda taxta tabutlar hazırlayaraq onları Avropa və ABŞ-a idxal edirlər. Bu tabutlar ən ağlasığmaz formalardan tutmuş, mobil telefon, Ferrari və s. formalara sahibdirlər. Ferrari formalı tabutların dəyəri təxminən min dollara bərabərdir.

Cinayət yerinin təmizlənməsi

Atlantada Murder Scene Mop Up şirkəti cinayət yerlərinin təmizlənməsi üzrə ixtisaslaşıb. Şirkətin təsisçisinin sözlərinə görə bu biznes heç də maraqlı və sevincli deyil, çünki işçilər bəzən sözün əsl mənasında divarlardan beyin, daxili orqan qalıqlarını təmizləyirlər. Şirkətin xidmətlərinə burada böyük tələbat var və onların illik gəlirləri milyon dollardan artıqdır.

İntihar edənlərə kömək

Last Tour agentliyi arzusunda olanlara turistik ekskursiya proqramı təqdim edir. İlk baxışdan bu normal səslənir. Şirkətin əməkdaşları ekskursiyaya qoşulanlara intihar hallarının daha çox baş verdiyi ərazilərə ziyarətlər təşkil edirlər. Cəmi 50 dollara intihar etmək üçün “ideal məkan” əldə edirsiniz. Xidmətin qeyri-etik olmasına baxmayaraq, bu şirkətə xeyli pul qazandırır.

İcarəyə götürülən dost

Nə vaxtsa dost və ya qohum icarəyə götürmək ağlınıza gəlibmi? Xeyr?! Lakin yaponlarda bu xidmət kifayət qədər məşhurdur. Onlar Hagemashi Tai agentliyi vasitəsilə ad günlərinə və yaxud dəfnlərə dəvət etmək üçün dostlar, həyat yoldaşları və qohumlar icarəyə götürürlər. Rolları isə cüzi pul qarşılığında peşəkar aktyorlar icra edirlər.

Antistress biznes

San Dieqoda Sarah’s Smash Shack klubu stressdən azad olmaq istəyənlər üçün yaradılıb. Bu klubun ziyarətçiləri qabları divarlara vuraraq sındırırlar. Burada göstərilən xidmət qab-qacağın növündən və sayından asılıdır. Məsələn,  3 vazanı 10 dollar, 15 nimçəni isə 45 dollar qarşılığında sındırmaq olar.

Stressdən azad olmaq üçün digər bir xidməti amerikalı Vent By Phon şirkəti təqdim edir. Şirkətin xidmətindən istifadə edən stressli müştərilər bura zəng edərək öz “ürəklərini boşalda bilərlər”. Vent By Phon xidmətinin telefon operatoru heç bir məsləhət vermir və köməklik göstərmir, o sadəcə sizi dinləyir. Bu xidmətin bir dəqiqəsi 2.99 dollar təşkil edir. Qeyd edək ki, bu biznes uğurla inkişaf edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər