-1 C
Baku
Saturday, December 14, 2024

Ən qəribə investisiya predmetləri

Wall-Street ticarət və investisiya üçün daim yeni və çətin xarakterli struktur və alətlər axtarışındadır. Lakin ən sadə və az diqqət cəlb edən istiqamətlər də inanılmaz nəticələr verə bilər.

Bloomberg Markets Magazine jurnalında nəşr edilən yeni araşdırmada analitik Devin Banerci qəribə, lakin gəlirli investisiya predmetlərinin siyahısını tərtib etmişdir.

CHATEAU PAVIE şərabı

Chateau Pavie (Fransanın Bordo regionu) dünyanın ən çox tələbata səbəb olan məhsullarından biridir, xüsusən də 2004, 2001, 1999 və 1998-ci illərə aid olan məhsulları. Beləliklə, Chateau Pavie  2004 şərabı illik 14,3% gəlirə sahibdir.

“Formula-1” avtomobili

Klassik avtomobillər daim öz sahiblərinə əla gəlir gətirməyi bacarıb. Qeyd edək ki, Formula-1 yarışlarının Mercedes Benz W196 (1954-cü il) avtomobili İngiltərədə keçirilən hərracda rekord qiymətə, yəni 29,5 milyon dollara satılmışdı.

Klassik Ferrari

Klassik Ferrari avtomobili (1950 və 1960-cı illərin istehsalı) daha yüksək gəlirliyə sahibdir.

Belə ki, Ferrari GTB NART Spyder (1967-ci il) hərracda 27,5 milyon dollara satılmışdı. Əfsanəvi brendin digər modelləri 10 milyondan 20 milyon dollara qədər olan qiymətə satılmışdı.

Rəssam Marcel Duchamp

Müasir incəsənət investisiya üçün digər gəlirli sahələrdən biridir. Hazırda bazarda bu rəssamın əsərləri daha yüksək tələbata sahibdir. Onun əsərləri illik 465% gəlir gətirmək iqtidarındadır.

Rəssam Vasudeo Gaytonde

Hindistanlı bu rəssam isə bazarın ikinci ən yüksək tələbat olan nümayəndəsidir. Onun əsərləri illik 198,1% gəlir gətirə bilir.

Rəssam Cekson Pollok

Onun əsərlərindən biri keçən il rekord qiymətə, 58,3 milyon dollara satılmışdı. Amerikalı rəssamın əsərlərinin gətirdiyi illik xeyir isə 320% təşkil edir.

Nadir sikkələr

Orta hədlə nadir sikkələrin illik qazandırdığı fayda 13,2% təşkil edir.

Köhnə markalar

Köhnə markaların illik faydası 2,6% təşkil edir. Lakin əgər bəxtiniz gətirsə və XIX əsrə aid nadir sikkə əldə edə bilsəniz qazancınız çox yüksək olacaq.

Son xəbərlər
Digər xəbərlər