1. 1960-cı illərdə Çikaqo vağzallarında kişi və qadın fiqurlu avtomatlar quraşdırılmışdı. Bu avtomata yaxınlaşıb ona qəpik atdıqda bu fiqurlar əllərini həmin şəxsə tərəf uzadır və Salam, əzizim! Xoş səfərlər! deyirdi.
Tənha olan sərnişinlər böyük həvəslə avtomatik dostlarının xidmətlərindən istifadə edirdilər. Hətta onlar bu “dostların” istehsalçılarına müraciətlə bildirmişdilər ki, bu fiqurlardan yenə istifadə etsinlər və onlar insana daha çox bənzəsinlər.
2. Bu isə ən qeyri-adi biznesin alman variantı. Kiçik bizneslə məşğul olmaq istəyən Robert Pot uzun illər boyu zibil tullantılarının yığışdırılması ilə məşğul olan şirkətə rəhbərlik etmişdi. Bu illərdən sonra o şəxsi biznesini yaratmaq qərarına gəlmişdi və o zibillərdən təşkil edilmiş bir muzey yaradır. Bu muzeyi görmək arzusunda olan hər kəs müəyyən məbləğ qarşılığında “zibil” ilə tanış ola bilərdi. Muzeydəki bu sərgi “Zibil vedrəsindən incilər” adlanırdı.
Birbaşa olaraq zibillikdən toplanmış eksponatlar arasında orta əsrlərə aid qiymətli əlyazmalar, unikal rəsmlər, qeyri-adi saatlar və digər antik əşyalar var idi. Bu muzey bu günümüzdə də fəal şəkildə ziyarət edilən məkanlardan biridir. Onun sahibi isə sözün əsl mənasında varlanıb.
3. Nyu-York sakini Elias Fergyuson da öz növbəsində sərvətini zibildən qazanmışdır. O köhnə qəzetlərin kolleksiyası ilə məşğul olurdu və o 100 min ədəd nadir tapılan köhnə qəzet toplamışdı. Lakin bir dəfə o başının üzərində damsız qalır.
Elias öz nadir kolleksiyasını sata bilmir və bu zaman onun ağlına belə bir ideya gəlir ki, bu qəzetlərin köməkliyi ilə özünə bir daxma düzəltsin. Bu zaman yay fəsli idi və havalar quru keçirdi. Bu kağız evin qarşısında maraqlanan şəxslər dayanmağa başladılar. Bir dəfə isə hətta turistlərlə dolu avtobus gəlmişdi.
Vəziyyət belə olduqda Fergyuson öz kağız evinin qarşısında belə bir elan yerləşdirdi: “Turistik obyekt. XX əsrin əvvəllərinə aid qəzet ev. Baxmaq – 1 dollar”. Turistlər bu elanı çox bəyəndilər. Lakin kağız daxmanın sahibi tez-tez səmaya baxırdı. Pul yağışından başqa da, əsl yağış yağacaqdımı?! Daha sonradan o daxmasının üzərinə su keçirməz çadır örtür və biznes uğurla davam etməyə başlayır. Hazırda Elias Fergyusonun çoxlu bahalı və gözəl evləri var.
4. Britaniyalı psixoloq Rocer Grey göz yaşları üzərində biznes qurmuşdu. O belə bir iddia ilə çıxış etmişdi: kişilər qadınlardan bir səbəbə görə az yaşayır – kişilər hisslərini biruzə verə bilmir və ağlamaq istədikdə qadınlar kimi ağlamırlar.
Güclü cinsin nümayəndələrinin uzun ömürlülüyünün qeydinə qalan Grey xüsusi kurslar təşkil edərək burada kişilərə ağlamağı öyrədir.