20 C
Baku
Thursday, October 3, 2024

Ən qısa “şah əsərlər”

Bəzi yazıçılar oxucuya çox az sözlə də çox şey çatdıra bilərlər.

1. Bir dəfə Heminquey istənilən oxucunu təsirləndirəcək və cəmi 6 sözdən ibarət olan hekayə yazacağına dair bəhsə girir.

O bu bəhsi qazanır:

«Uşaq ayaqqabıları satılır. Heç vaxt geyinilməyib».

2. Frederik Braun isə bu günə qədər yazılmış ən qısa qorxu hekayəsinin müəllifidir.

«Dünyada ən sonuncu insan bir otaqda oturmuşdu. Bu zaman qapı döyüldü…»

3. O.Henri isə bir bədii əsərə gərək olacaq hər bir mərhələni tamamlayan əsəri ilə dünyanın ən qısa hekayəsi müsabiqəsində qalib gəlmişdi:

Sürücü siqareti damağına qoydu və yanacaq çənində nə qədər benzinin qaldığına baxmaq üçün əyildi. Mərhumun cəmi 23 yaşı var idi.

4. İngilislər də ən qısa hekayə ilə bağlı konkurs təşkil etmişlər. Lakin konkursun şərtlərinə görə, hekayədə kraliça, Allah, cinsi əlaqə, sirr mövzularına toxunulmalı idi.

Konkursun qalibi isə bu qısa hekayənin müəllifi olur:

“Aman Allahım, mən hamiləyəm və kimdən olduğunu bilmirəm! – deyə kraliça qışqırdı”.

5. Ən qısa avtobioqrafik hekayənin qalibi isə yaşlı fransız qadın olur. O yazırdı:

“Əvvəllər mənim hamar dərim və qırışlı libasım var idi. İndi idə əksinədir”.

Son xəbərlər
Digər xəbərlər