2 C
Baku
Saturday, December 14, 2024

Ən sərfəli taksit kartı hansıdır? – SİYAHI

Marketinq nəzəriyyələrinə əsasən eyni seqmentə məxsus lakin fərqli xüsusiyyətlərə malik olan məhsulların müqayisəsi zamanı birinin digərindən üstün və ya aşağı olmasını iddia etmək üçün “müştəri gözləntiləri”nə əsaslanmaq lazımdır. Yəni , fərqli gözləntiləri olan 2 müştərinin üstünlük verdiyi məhsullar fərqli olacaq, konkret olaraq A məhsulunun B məhsulundan üstünlüyünü iddia etmək doğru deyildir. Monitorinq qrupumuz bugünkü yazısında ənənəvi konseptdən bir az kənara çıxaraq müqayisəli təhlil metodunu tətbiq edir. Mövzu olaraq “taksit kartlar” seçilib və barmaqla sayılacaq qədər az bankda təklif edilən bu bank məhsulunun fərqli özəllikləri ayrılıqda müqayisə edilərək “ƏN”lər seçilib.

Əksər oxucuların və sektor nümayəndələrinə məlumdur ki, bazarda aşağıdakı taksit kartlar təklif edilir:

  • Bolkart (Bank of Baku)
  • Albalı Plus ( Unibank)
  • World Card (Yapıkredi Bank)
  • Paykart (Bank Respublika)
  • Birkart (Kapital Bank)
  • Smile Card (Express Bank)
  • Maxi Card (NBC Bank)

Hər bir kart üzrə üstün və mənfi cəhətləri aşağıda diqqətinizə çatdırırıq.

Bolkart (Bank of Baku)

Üstün cəhətləri: Azərbaycanın ilk taksit kartı olan Bolkart-ı seqmentinin “ağsaqqalı” hesab edə bilərik. Vaxtilə ən geniş müştəri bazasınsa sahib olan Bolkart-ən əsas üstünlüyü geniş partnyor şəbəkəsi və müştəri seqmentləşməsidir. Bankın reklam çarxlarında da deyildiyi kimi hər kəsin öz Bolkartı var: hal-hazırda kart 4 növdə (Gənc, Ailə, Gold və Diamond) olaraq təklif edilir və hər seqment üzrə fərqli üstünlüklər təklif edilir.Kartın digər üstünlüyü loyallıq proqramı çərçivəsində “Bolkart Bal”ların qazanılmasıdır.

Mənfi cəhətləri: Mənfi cəhətlər aşağıdakılardır:

  1. Kartların ödənişli (illik xidmət haqqı) əsasda təqdim edilməsi.
  2. Nağdlaşma imkanlarının rəqibləri ilə müqayisədə daha aşağı olması. Belə ki, ayrılmış kart limitinin yalnız 25%-dən nağd şəkildə istifadə etmək mümkündür.

Albalı Plus ( Unibank)

Üstün cəhətləri: Ölkənin aparıcı retail Banklarından olan Unibakın Albalı Plus brendinin 2 növü vardır. Albalı Plus Standart və Albalı Plus Gold.

Albalı Plus Standart kartının üstün cəhəti kartın pulsuz olması və  müştərilər üçün əlçatan olmasıdır, belə ki kartı əldə etmək üçün cəmi 100 AZN rəsmi gəlirə malik olmaq kifayət edir. Gold kart isə nisbətən yuxarı seqment müştərilər üçün nəzərdə tutulub (əmək haqqı tələbi 500 AZN).

Albalı Plus Gold kartının üstün cəhətləri isə kartın həm nağd həm də nağdsız əməliyyatlarda grace period (güzəşt müddəti) imkanın olmasıdır. Xüsusilə vurğulamaq istərdik ki, Albalı Plus Gold kartı taksit kartlar arasında bütün əməliyyatlar üzrə güzəşt müddəti təklif edən yeganə kartdır.

Hər iki kart növü üzrə nağdlaşma imkanı limitsizdir, yəni Siz kartda olan bütün vəsaiti ATM-dən nağd şəkildə istifadə edə bilərsiniz.

Mənfi cəhətləri:

Albalı Plus Standart kartının əsas mənfi cəhəti nağdsız əməliyyatlar üzrə güzəşt müddətinin tətbiq edilməməsidir. Yəni, bütün əməliyyatlarınıza növbəti gündən etibarən faiz hesablanacaq.

Albalı Plus Gold kartının əsas mənfi cəhətləri kartın pullu (birdəfəlik komissiya 1% (min 20 AZN)) olması və ATM nağdlaşdırma komissiyasının yüksək (2%) olmasıdır.

World Card ( Yapıkredi Bank)

Üstün cəhətləri: Kart üzrə mütəmadı keçirilən kampaniyalar üzrə Worldcardı bazarda lider kart hesab etmək olar. Bu kampaniyalara misal olaraq “xaricdə alışveriş 3 ay faizsiz”, “online alışverişlər 3 ay faizsiz” və s. misal göstərə bilərik. Worldcard Bal Sistemini də kart istifadəçiləri üçün nəzərdə tutulmuş loyallıq proqramları arasında ən yaxşılardan hesab etmək olar. “Worldcard Classic” növlü kart müştərilərə tam pulsuz təqdim edilir.

Mənfi cəhətləri: Bolkartda olduğu kimi, World Card-ın da nağdlaşma imkanları aşağıdır. Ən çox müştəri kütləsinin cəmləşdiyi “Worldcard Classic” növündə limitin 50%-i nağdlaşdırıla bilər.

Paykart (Bank Respublika)

Üstün cəhətləri: İstifadəçi sayı baxımından yuxarıda qeyd olunan hər 3 kartdan geridə olmasına baxmayaraq Paykartın taksit imkanlarını kifayət qədər qənaətbəxş hesab etmək olar. Belə ki, Paykart kartın ilə bütün “taksit” əməliyyatları faizsiz şəkildə aparılır (digər kartlarda faizli taksit də tətbiq edilir).

Mənfi cəhətləri: Kartın mənfi cəhətləri aşağıdakılardır:

  1. Nağdlaşma imkanının aşağı olması (limitin 30%-i).
  2. Qeyri-taksit əməliyyatlarda güzəşt müddətinin olmaması, yəni Siz Paykart vasitəsilə birdəfəlik ödəniş edirsinizsə istifadə etdiyiniz məbləğə növbəti gündən etibarən faiz hesablanacaq.

Birkart (Kapital Bank)

Üstün cəhətləri: Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik olan bankının bazara təqdim etdiyi yeni məhsul son dövrlərdə rəqabət baxımından digər kartları üstələyir. Xüsusilə kartın “Birkart Cash-back” növünə rəqib tapmaq çətindir. Üstünlüklər aşağıdakılardır:

  • Kartın partnyor şəbəkəsində geniş taksit imkanları ( 18 ayadək faizsiz taksit) vardır və bu Paykartda olduğu kimi yalnız faizsiz şəkildə tətbiq edilir.
  • Kart qeyri-taksit əməliyyatlara 40 günədək faizsiz güzəşt müddəti tətbiq edir.
  • Qeyri-partnyor mağazalarda birdəfəlik alışverişlərdə üzrə istifadə edilən məbləğin 1.5%-i “cash-back” şəklində kart hesabına geri qayıdır. Partnyor mağazalarda isə cash-back partnyordan asılı olaraq 20%-ə qədərdir.
  • Kart limitinin 100 %-i nağdlaşdırmaq imkanı vardır.
  • Kartın premium seqment müştərilər üçün nəzərdə tutulmuş “Birkart Miles” növü vardır ki, bu kart vasitəsilə pulsuz təyyara biletləri əldə etmək mümkündür.

Mənfi cəhətləri: Kartın bizə görə yeganə mənfi cəhəti illik xidmət haqqının olmasıdır. Birkart – illik 15 AZN, Birkart Cash-Back – illik 35 AZN;

Smile Card (Express Bank)

Üstün cəhətləri: Yalnız bankın partnyor şəbəkəsində deyil, istənilən mağazada hətta xaricdə edilmiş alış-verişləri 6 və ya 12 aylıq taksitlə (faizli taksit) ödəmək imkanı verir. Smile Card həmçinin avtomatik olaraq Express Club proqramına qoşulub və bankın partnyor mağazalarında 20%-dək, qeyri partnyor mağazalarda isə 0.3% cash-back qazandırır. Kart müştərilərə tamamilə pulsuz təqdim edilir.

Mənfi cəhətləri: Faizsiz taksit imkanı yoxdur.

Maxi Card (NBC Bank)  – Bu məhsul Express Bankın Smile Card məhsulu ilə demək olar ki eyni məhsuldur. Belə ki, kartdan ölkədaxili və ölkəxarici bütün istifadə məbləğləri faizli şəkildə 6 və ya 12 aylıq taksitə bölünür. Kart pulsuz təqdim edilir və avtomatik olaraq “MaxiClub” cash-back proqramına qoşulur.

 

Son xəbərlər
Digər xəbərlər