9 C
Baku
Sunday, November 17, 2024

Ən sürətli internetə malik ölkələrin reytinqi tərtib edilib

Böyük Britaniyada ən yüksək sürətli internetə malik olan ölkələri müəyyən ediblər. 

Məlumata görə, “OpenSignal” təşkilatının əməkdaşları mobil rabitə sahəsində vəziyyəti öyrənib və daha yüksək sürətli internetə malik ölkələrin reytinqini tərtib ediblər.

Siyahının ilk sırasında Cənubi Koreyadır. Sonra Sinqapur, Macarıstan, Avstraliya və Danimarka gəlir. Top onluğa Norveç, Hollandiya, Litva, İsveç və Yaponiya da daxil olub.

Rusiya bu siyahıda 50-ci yerdədir. Siyahının sonlarında Əfqanıstan, Kosta-Rika və Efiopiya yer alır.

Lakin mütəxəssislər bildirirlər ki, bu cür reytinqlərə hər zaman etibar etmək olmaz. Onların fikrincə, sürətin düzgün ölçülməsi üçün ölçü aparılan bütün bölgəni gəzmək və dəqiq hesablamalar aparmaq lazımdır. Reytinqi tərtib edən britaniyalı mütəxəssislər isə tədqiqat apardıqları ölkənin müxtəlif hissələrində olan stansiyaların siqnalları ilə bağlı yalnız avtomatik informasiyalardan istifadə ediblər. Bu ölçmələrdə böyük səhvlər də ola bilər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər