24 C
Baku
Thursday, April 18, 2024

Ən ucuz ipotekaya sahib olan ölkə hansıdır?

Avropada ən aşağı faiz dərəcəsi ilə ipoteka kreditini İsveçrə təklif edir. Hazırda bu ölkədə ipoteka üzrə faiz dərəcəsi 1,75% təşkil edir. Müqayisə üçün qeyd edək ki, Almaniyada 15 il müddətinə daşınmaz əmlak üçün krediti illik 1,9%, Danimarkada isə təqribən 3%-lə təklif edirlər.

Finlandiyada isə bankların əksəriyyəti ipoteka kreditini 1,83%, Lüksemburqda isə təqribən 2%-lə təklif edirlər.

İsveçrədə adətən ipoteka krediti 10 il müddətinə verilir. Kreditin məbləği isə daşınmaz əmlak nümunəsinin dəyərinin 80%-ə çata bilər. Finlandiya bankları mənzilin 75%-i dəyərində ipoteka verməklə yanaşı, bəzən 25 il müddətinə mənzilin dəyərinin 100%-i həcmində də kredit təklif edilə bilər.

Lüksemburqda isə mənzilin dəyərinin 80%-i həcmində 30 illik müddətinə ipoteka verilir.

Bundan əlavə, yuxarıda qeyd edilən ölkələrin vətəndaşlarına sərfəli kreditləşmə şərtləri mövcuddur. Bununla yanaşı, Almaniya, İspaniya, Fransa və Böyük Britaniya kimi ölkələrdə xarici ölkə vətəndaşları da ipoteka krediti əldə edə bilərlər.

 

Son xəbərlər
Digər xəbərlər