“Deutsche Bank” mütəxəssisləri illik maliyyə hesabatı çərçivəsində bütün dünya üzrə geniş spektr məhsulların qiymətlərini müqayisə ediblər.
Mütəxəssislər öyrənib ki, “Apple” korporasiyasının smartfonları harada ən ucuz və ən baha qiymətə satılır.
“Business Insider” xəbər portalının dərc etdiyi məlumata görə, bankın hazırladığı hesabatın əsasında “iPhone” smartfonunun 6-cı nəsil cihazını ən baha qiymətə Braziliyada əldə etmək mümkündür. Burada bu smartfonun qiyməti 931 dollar təşkil edir. Bu göstərici bu telefonun ABŞ-dakı satış qiymətindən 1,5 dəfə çoxdur.
“Deutsche Bank” mütəxəssisləri qeyd edib ki, 2015-ci ildə “iPhone 6”nın qiyməti zəif Braziliya realının dollara nisbətində çox yuxarı idi və o zaman bu smartfonun qiyməti 1 254 dollar idi.
Ən ucuz “Apple” smartfonlarının satıldığı ölkələrin siyahısında İndoneziya (365 dollar), Hindistan (786 dollar) və İtaliya (766 dollar) var. Mütəxəssislərin fikrincə, ən ucuz “iPhone 6” smartfonunu onun istehsal olunduğu ABŞ-da əldə etmək mümkündür. Hazırda vətənində bu smartfonun bir ədədinin qiyməti 598 dollar təşkil edir. Bir az baha isə Honkonqda – 604 dollara satılır.
Ən qənaətcil qiymətə “iPhone 6” smartfonu satılan ölkələrin siyahısında Yaponiya (637), Rusiya (695), Yeni Zelandiya (698) və Çin Xalq Respublikası (693) yer alır.
Lent.az