Bu gün ki günümüzdə “Manchester United” kimi əfsanəvi futbol klubları getdikcə ictimai şirkət kimi formalaşırlar. Demək olar ki, istənilən şəxs onların səhmdarları sırasına daxil ola bilər. Lakin bütün bunlar fərziyyədir. Məşhur bir futbol klubunun müəyyən bir hissəsinə sahib olmaq üçün kifayət qədər sərvətə malik olmaq lazımdır.
Müxtəlif reytinqlər təşkil edən Forbes şirkəti bu dəfə də ən varlı futbol klubu prezidentlərinin reytinqini təşkil etmişdir.
11. Philip Anschutz
Sərvəti: 10 milyard dollar.
Ölkə: ABŞ
Komanda: “Los Angeles Galaxy” (ABŞ)
Anschutz öz sərvətini neft, dəmir yolu daşınmaları və telekommunikasiya sayəsində qazanmışdır.
10. Roman Abromoviç
Sərvəti: 10,2 milyard dollar.
Ölkə: Rusiya.
Komanda: Çelsi (İngiltərə)
Roman Abromoviç ulduz futbolçuların transferi ilə bağlı olaraq dəfələrlə qəzetlərin ilk səhifələrində yer almışdır. Məşhur milyarder klubu 2003-cü ildə 233 milyon dollara almışdı. 10 il ərzində Roman bu kluba 2,97 milyard dollar pul xərcləyib.
9. John Fredriksen
Sərvəti: 11,5 milyard dollar.
Ölkə: Kipr.
Komanda: “Voleranqa” (Norveç).
8. Paul Allen
Sərvəti: 15 milyard dollar.
Ölkə: ABŞ.
Komanda: “Seattle Sounders FC” (ABŞ).
7. François Pinault
Sərvəti: 15 milyard dollar.
Ölkə: Fransa.
Komanda: “Renn” (Fransa).
6. Rinat Ahmedov
Sərvəti: 15,4 milyard dollar.
Ölkə: Ukrayna.
Komanda: “Şaxtyor” (Ukrayna).
5. Lakshmi Mittal
Sərvəti: 16,5 milyard dollar.
Ölkə: Hindistan.
Komanda: “Queens Park Rangers” (İngiltərə).
4. Alisher Usmanov
Sərvəti: 17,6 milyard dollar.
Ölkə: Rusiya.
Komanda: “Arsenal” (İngiltərə).
3. Corc Soros
Sərvəti: 19,2 milyard dollar.
Ölkə: ABŞ.
Komanda: “Manchester United” (İngiltərə).
2012-ci ilin avqust ayında Corc Soros öz Soros Fund Management fondu sayəsində “Manchester United” komandasının 7,85% səhmini əldə edir. Bu məşhur ingilis klubunun prezidenti milyarder Malkolm Qleyzerdir.
2. Amansio Ortega
Sərvəti: 57 milyard dollar .
Ölkə: İspaniya.
Komanda: “Deportivo La Coruna” (İspaniya).
1. Carlos Slim
Sərvəti: 73 milyard dollar.
Ölkə: Meksika.
Komanda: “Paçuqa”, “Leon” (Meksika) və “Real Ovieda” (İspaniya).