6 C
Baku
Sunday, December 15, 2024

Ən varlı turistlərə sahib ölkələr

Turizmə xərclənən pullar bir ölkənin maddi rifahını təcəssüm etdirən ən yaxşı amildir. Əgər bir insan xarici ölkələrə turist kimi səfər etmək üçün çoxlu pul xərcləməyə hazırdırsa, demək o əmindir ki, o hetdikdən sonra evdə əmin-amanlıq olacaq. Həm iqtisadi, həm də siyasi cəhətdən təbii ki.

Aşağıda sizə ən varlı turistlərə sahib ölkələrin siyahısını təqdim edirik. Bu ölkələrin vətəndaşları yeni bir ölkə kəşf etmək, yeni insanlar tanımaq üçün əhəmiyyətli dərəcədə pul xərcləməyə hazırdırlar. Statistika 2012-ci il göstəriciləri əsasında təşkil edilmişdir.

10. İtaliya, 26,4 milyard dollar

Avropada borc böhranının olmasına baxmayaraq italyanlar səyahət etməyə davam edirlər. 2012-ci ildə ölkənin turizmə sərf etdiyi xərcləri 2 milyard dollar azalsa da, 26,4 milyard dollara çatmışdır. Beləliklə, İtaliyanın bazardakı borcu 2,5% təşkil edirdi. İnsan belə düşünə bilər ki, İtaliya kimi bir ölkədə yaşaya-yaşaya nəyə görə başqa yerə gedəsən?! Lakin London, Paris, Nyu-York, Barselona, Amsterdam, Münhen, Vyana və Madrid kimi ölkələr temperamentli italyanların diqqətini özünə cəlb edə bilib.

9. Avstraliya, 27,6 milyard dollar

Avstraliyalıların ən çox səfər etdiyi ölkə Yeni Zellandiya olsa da, onlar İndoneziya, ABŞ, Tayland, Böyük Britaniya kimi ölkələrə də maraq göstərirlər. Maraqlıdır ki, ildən-ilə ölkənin turizmə sərf etdiyi məbləğin həcmi artır. 2011-ci ildə bu məbləğ 26,7 milyard dollar olduğu halda, bir ildən sonra 3% artmışdır.

8. Yaponiya, 27,9 milyard dollar

Yaponiya Avstraliyanı cəmi 0,3 milyard dollar ilə üstələyir. Yaponların üstünlük verdiyi istiqamətlər Havay adaları, Mərkəzi və Şərqi Avropa, Tayvan, Tayland, Filippin, İndoneziya, İspaniya və Portuqaliyadır.

7. Kanada, 35,1 milyard dollar

Kanadalılar cəmi bir ilə səyahətə sərf etdikləri məbləği 6% artırmışlar. Bu məbləğ 2012-ci ildə 35,1 milyard dollar təşkil edirdi. Kanadalılar isti iqlimi sevirlər, məsələn, Meksika, Kuba, Dominikan Respublikasını. Lakin bununla yanaşı, ABŞ – Nyu-York, Vaşinqton, Florida və Kaliforniyaya da səfər edirlər. Böyük Britaniyada da kanadalılara böyük ehtimalla rast gəlmək mümkündür.

6. Fransa, 37,3 milyard dollar

Fransa turistlərin ən çox səfər etdiyi ölkə olsa da, ölkə vəətndaşları digər ölkələrə də maraq göstərirlər. Fransızların ən çox səfər etdikləri yer isə Kaliforniya və Florida ştatlarıdır.

5. Rusiya, 42,8 milyard dollar

Rus turistlərin üstünlük verdiyi ölkələr isə Misir, Türkiyə, Tayland, Finlandiya, Çin, BƏƏ, İspaniya, İtaliya və Almaniyadır. Ümumilikdə isə ölkə vətəndaşlarının səyahətlərə sərf etdiyi məbləğ 36,5% artmışdır.

4. Böyük Britaniya, 52,3 milyard dollar

Britaniyalılar səyahət etməyi sevirlər və nə qədər qəribə olsa da, britaniyalı turistlər arasında ən populyar yer Keyptaundur. CAR-la yanaşı, britaniyalılar Yeni Zellandiya, İtaliya, İslandiya, Norveç və Maldiv adalarına da səyahət etməyi sevirlər. 2012-ci ildə adambaşına düşən səyahət xərcləri 828 dollar idi.

3. ABŞ, 83,5 milyard dollar

Amerikalılar səyahət xərcləri il ərzində ümumilikdə 6,7% artmışdır. Ştat vətəndaşlarının səyahət etmək üçün üstünlük verdiyi yerlər isə London, Paris, Roma, Toronto, Vankuver, Barselona, Tokio və Monreal, Honq Konq, Amsterdamdır.

2. Almaniya, 83,8 milyard dollar

Qeyd edək ki, Almaniyanın özü 2013-cü ildə ən turistlər üçün ən təhlükəsiz yer seçilmişdi. Lakin almanların özləri də səyahət etməyi sevir və ən çox İspaniya, İtaliya, Xorvatiya, Avstriya, Fransa və Türkiyə kimi ölkələrə üz tuturlar.

1. Çin, 102 milyard dollar

Çin yenə rekordlara imza atır: 2012-ci ildə turizm xərcləri 37% artmışdır. Çinin iqtisadiyyatı inkişaf etdikcə çinlilər zənginləşir və sözsüz ki, səyahət etməyə başlayırlar. Çinlilərin səfər etmək üçün isə ən çox üstünlük verdiyi məkanlar Honq Konq, Makao, Koreya Respublikası, Tayland, Tayvan, Sinqapur və ABŞ-dır.

Son xəbərlər
Digər xəbərlər