Tələbə həyatı kəskin şəkildə dəyişdi: kampuslar boşaldı, mühazirələr isə virtual auditoriyalara köçdü. Bir çox biznes məktəblər maliyyələşmənin azalması və gəlir itkisi kimi problemlərlə üzləşdi.
Beləliklə, pandemiyadan sonra hansı müsbət gözləntilər mövcuddur? Koronavirus pandemiyasının fəsadları ilə mübarizə aparan universitet professorları və dekanları böhrandan sonra ortaya çıxacaq müsbət təsirlərdən danışdılar. Bügünkü şok rəhbərlərə müəllimləri və universitetləri innovativ inkişaf yoluna yönəltməyə kömək etməlidir.
Yəqin ki, heç kim pandemiyadan sonra texnologiyaların ali təhsildə daha qabarıq rol oynayacağına şübhə etmir. Və burada söhbət həm tədris prosesində daha böyük həcmdə materiallardan istifadə etməkdən, həm də kampus xaricindəki iştirakçıları virtual tədbirlərə dəvət etməkdən gedir. “Tərsinə çevrilmiş siniflər” in və onlayn formatda açıq qapıların sayı daha çox, eyni zamanda oflayn təhsildə texnologiyaların istifadəsi daha məqsədəuyğun və effektiv olacaqdır.
Hal-hazırda bütün dərslər Zoom-da cəmləşib və bu perspektivlər xəyal kimi görünür. Neçə dənə biznes məktəb tədris proqramını bir ilədək qısaldacaq? Onlardan neçəsi Tepper School of Business (Carnegie Mellon) məktəbinin istifadə etdiyi təcrübəyə qoşulacaq?
Və ya bəlkə peşəsini dəyişmək istəyən tələbələrin seçdiyi Executive MBA formatı hələdə mövcuddur? Sizcə, biznes məktəblərin əsas gəlir mənbəyi olan MBA təhsili bütövlükdə onlayn formata keçə bilərmi? Göründüyü kimi, başqa ölkələrdən tələbə qəbul edən universitetlər yerli bazara və əyani tədrisə qayıtmaq məcburiyyətindədirlər.
Standartlaşdırılmış testlər davamlı olaraq distant şəkildə keçiriləcək? Hazırda potensial abituriyentlər GMAT və ya GRE-dən kompüterlərindən ayrılmadan keçə bilirlər. Çoxları distant imtahanları əbədi olaraq alternativ olmalı olduğunu düşünür. Gələcəkdə bu, testləşdirmə xərclərini azaldacaq və qrafiki 24/7 formata gətirəcək.
Ceff Garret, Wharton School məktəbinin dekanı (University of Pennsylvania)
– Covid-19 virusunun yayılmasının tariximizin ən gözlənilməz və ciddi sınaqlardan biri olduğunu hər kəs qəbul edir. Mən Wharton məzunlarının, müəllim heyətinin və tələbələrin nümayiş etdirdiyi saysız-hesabsız müqavimət və mərhəmət nümunələrindən ilham alıram. Hazırda ən az 625 kurs distant keçirilir, 250 müəllim mühazirələri birbaşa evindən deyir. Bir sözlə, yüzlərlə insan bizə kömək etməyə çalışır.
Biz bu fəlakət qarşısında, martın əvvəlində, mümkün olan hər bir şeyi etməli olduğumuzu qərara aldıq. İlk növbədə müəllimlərdən mənə “Managing Uncertainty” (Qeyri-müəyyənliyin idarə edilməsi) kursunu yaratmağımda kömək etmələrini xahiş etdim. Pennsylvania University-nin prezidenti Emi Gutman və yüzlərlə professor bu işə qoşuldu. Nəticədə, iki mindən çox universitet tələbəsinə əvvəlki və cari böhranlar mövzusunda öz düşüncələrimizi təqdim etdik.
Bəli, biznes məktəblərin həyatı əhəmiyyətli dərəcədə dəyişdi, lakin güvənəcəyimiz bir şey var.
Məncə, bunlar haqqında düşünmək lazımdır:
- Kampusa qayıdan tələbələr mövcud pandemiyadan dərin şok keçirmələrinə baxmayaraq, alt-üst olmuş dünyanı dəyişdirmək istəyi ilə dolu olacaqlar.
- Biz bu situasiyanı araşdıracağıq və ondan dərs götürəcəyik. Distant təhsilə keçid, kafedra resurslarından səmərəli istifadə etmək üçün texnologiyaların tətbiqi sahəsinin genişlənməsinə səbəb olacaqdır.
- Biznes məktəblər əvvəlki kimi böyük rol oynamağa davam edəcək, müraciətlərin sayı isə daha çox artacaq. Və məsələ yalnız potensial tələbələrin gözləntiləri deyil, həm də bizim onlara təklif etdiyimiz dəyərləri qavramasını nəzərdə tutur: real biliklər və əlaqələr.
Mövcud olduğu 140 il ərzində Wharton çox şey görməyə müvəffəq oldu, lakin indiki vəziyət hələ görünməmişdir. Düzdür, bizə tanış olmayan ərazi üzrə hərəkət edirik, lakin bu çətinliklər bizi daha da gücləndirəcək və bir-birimizə dəyər verməyi öyrədəcək.
Enn Harrison, Haas School of Business (UC-Berkeley) məktəbinin dekanı
– Covid-19 pandemiyası zamanı Berkeley Haas-da əldə etdiyimiz nailiyyətlərdən qürur duyuram. Belə ki, mart ayında cəmi 24 saat ərzində bütün ali təhsil proqramlarımızı distant rejimə keçirtdik. Hər birimizdə Zoom var və tələbələr dünyanın istənilən nöqtəsindən mühazirələrdə virtual şəkildə iştirak edə bilirlər.
Cəmi 9 ay əvvəl Haas-da biznes təhsilin gələcəyini öyrənmək və distant təhsil rolunun genişləndirilməsi ilə bağlı tövsiyələr vermək üçün işçi qrupu yaratdım. Qeyd edim ki, təklif çoxdur.
Strategiyamızı ətraflı şəkildə təsvir etmək üçün hələ çox tez olsa da, yenə də üç vacib fikri bölüşmək istərdim.
Birincisi: dünyada biznes sektorunda təhsilin getdikcə qiyabi formada keçirilməsi təklif olunur. Bildiyimiz kimi, bu trendin əsas səbəbkarı Covid-19 və iqlim dəyişikliyidir. İkincisi: bu cür tədrisin müvəffəqiyyəti və ya uğursuzluğu onun keyfiyyəti ilə müəyyən edilir. İndi başa düşürük ki, onlayn tədrisin effektiv olması üçün siniflərdə tələbələrin sayı 70 nəfərən çox olmamamlıdır. Üçüncüsü: distant təhsilin ən uğurlu forması özündə onlayn mühazirələri və tələbələrlə qarşılıqlı əlaqə yaratmaq imkanını birləşdirən hibrid model olacaqdır.
Əlavə olaraq deyəcəyəm ki, strateji qərarlarımızdan biri rəqəmsal inkişafa sərmayə qoymaq idi. Əksər universitetlər (UC Berkeley daxil olmaqla) işçilərin qəbuluna mortaotirum tətbiq etdi. Biz isə rəqəmsal komanda üçün istisna etdik və doktor Sara Sieteskinin rəhbərlik etdiyi bu komanda yalnız distant təhsil sahəsi üzərində çalışır. Hal-hazırda komandaya yeni işçilər götürürük ki, bu da bizə mövqeyimizi möhkəmləndirməyə və uzaq məsafədən öyrənmə çərçivəsində canlı, faydalı kurslar təklif etməyə imkan verir.
Mark Taylor, Olin Business School-un dekanı (Washington University)
– Əslində, biznes təhsil sahəsindəki yeniliklərin çox hissəsi böhrandan əvvəlki dövrdə yeridilib. “Tərsinə çevrilmiş siniflər”, biliklərin asinxron formada ötürülməsi, rəqəmsal öyrənmə – bütün bunlar həm burada (WashU Olin), həm də bütün dünyada sürətlə yayılır. Əminəm ki, pandemiyadan sonra pedaqogika sahəsində bu yeniliklərin tətbiqi daha da sürətlənəcək. Şagird və müəllimlər yeni alət və tədris metodlarına daha tez uyğunlaşa biləcəklər. Paradoks ondadır ki, biznes təhsilin əhatə dairəsi daha qlobal hala gələcək və bunun üçün xaricə getməyə ehtiyac olmayacaq.
Son bir neçə həftə ərzində “face to face” ifadəsinin mənası dəyişdi və düşünürəm ki, onun əvvəlki variantına bir daha qayıtmayacağıq. Məsələn, xarici ölkələrə səyahət öz dəyərini itirməyəcək və ilk növbədə digər mədəniyyətlər, həmin ölkədə kollektivlərin yaradılması prosesi ilə şəxsən tanış olmaq imkanına çevriləcək. Mənim fikrimcə, get-gedə bu təcrübəni saat qurşağını dəyişmədən, yəni virtual formada əldə etməyə başlayacağıq. Bu, biznes üçün aktualdır və yaxın zamanda biznes təhsilin bir hissəsi olacaqdır.
Fondun rəhbəri olaraq mən ofisləri London, San-Fransisko və Sidneydə olan komanda ilə işlədim, amma bu, 10 il əvvəl idi. Bu gün virtual beynəlxalq idarəetmə bacarığı getdikcə daha vacib olmağa başlayır, Covid-19-un yaratdığı böhrandan sonra isə aparıcı mövqe tutacaq. Pandemiyanın sürətlə yayıldığı dövrdə biz müəllimlər və tələbələrə bunları nümayiş etdirdik: virtual sinif otaqlarında mühazirə oxumaqla yanaşı, 21-ci əsrdə karyera qurmağa kömək edəcək dəyərli bilikləri mənimsəmək (və tətbiq etmək) mümkündür. Və bizim tələbələr bununla razılaşırlar.
Əslində, əminəm: rəqəmsal vasitələr bizim Executive MBA kimi modul proqramların yaradılmasına olan münasibətimizi tamamilə dəyişdirəcəkdir. Böhrandan çıxaraq rəqəmsal təhsilin növbəti səviyyəsinin necə qurulacağını və tətbiq olunacağını görəcəyik. Qeyd edim ki, WashU Olin-də bu proses artıq başlayıb. Bizim Center for Digital Education-dan olan metodistlərimiz müəllimlər ilə birlikdə tələbələrin müasir tədarükünə uyğunlaşmaq üçün kursların yenidən təşkili üzərində işləyirlər. Biz tələb artımını və innovativ təkliflərin yaradılmasını proqnozlaşdırırıq. Bizim bu sahədə (animasiya və video tipli materialların tətbiqi) göstərdiyimiz səylər təhsil prosesində inqilab edə bilər.