Mövcud fləş yaddaş qurğularından yüz qat daha böyük tutuma malik, eyni zamanda, ən yığcam məlumat saxlama qurğusu yaradılıb.
ABŞ, Böyük Britaniya, Tayvan alimlərinin Nature Nanotechnology-də dərc edilmiş birgə tədqiqatında bir kvadrat nanometr (1 nanometr 1 millimetrin milyonda biridir) ölçülü ən yığcam yaddaş qurğusu təqdim olunur.
Araşdırma müəlliflərinə görə, daha kiçik ölçülü mikrosxemlərin tətbiqi enerji sərfini azaldaraq tutumunu artırır. Beləliklə, daha sürətli prosesorlar ən yığcam kompüter və smartfon cihazlarını yaratmağa imkan verir







