10 C
Baku
Wednesday, December 11, 2024

Ən yüksək əməkhaqqı prinsipi

Ən yüksək əmək haqqı ilə bağlı paradoksal prinsipə əsasən işçiyə mümkün qədər çox əməkhaqqı vermək lazımdır, mümkün qədər az əməkhaqqı vermək isə qətiyyən yol verilməzdir. Nə qədər qəribə olsa da, bu prinsipin möcüzəvi tərəfi ondadır ki, o məhz işəgötürənin xeyrinə işləyir. Bu prinsipi  ilk dəfə praktikada tətbiq etmiş Henri Ford öz dövrünün ən zəngin adamlarından biri olmuşdur. 

Bu prinsip haqqında mülahizələr Henri Fordun 1927-ci ildə yazdığı “Bu gün və sabah” kitabında öz əksini tapmışdır.

Əmək haqqı məsələsi işə götürən üçün hətta daha çox vacibdir, nəinki sıravi işçi üçün. Aşağı əməkhaqqı şirkəti daha tez məhv edəcək, nəinki şirkət əməkdaşı.

Bütün işgüzar aləmin bu gün də sadiq qaldı qədim nəzəriyyə əsasən, əməkhaqqının yüksəkliyi işçinin monopolist-işəgötürən ilə qiymətdə nə qədər razılığa gələ bilmək səviyyəsindən asılıdır. Bu nəzəriyyə sonda ona gətirib çıxarırdı ki, əmək ittifaqları qiyam qaldırır və mütəşəkkil müharibə başlayırdı, bu müharibənin əsas silahı bir tərəfdən boykot (bir şəxs, təşkilat, firma və sairə ilə əlaqəni kəsməkdən ibarət iqtisadi və siyasi mübarizə üsulu), digər tərəfdən isə lokaut (fəhlələri öz tələblərindən və tə’tildən əl çəkməyə məcbur etmək üçün sahibkarların müəssisəni bağlayıb, fəhlələri kütləvi surətdə işdən çıxarması) olurdu. Bu nəticələr əslində bu nəzəriyyənin nə qədər yanlış olduğunu göstərən ən yaxşı sübutlardır. Amma buna baxmayaraq, bəzi köhnə düşüncəli administrasiyalar və elə əməkdaşlarda ondan iki əlli yapışır və  eyni dərəcəli inadkarlıqla ona tərəf çıxırlar. Onların hər ikisi eyni dərəcə haqsızdır.

Ədalətli əməkhaqqı heç də insanın işləməyə razılaşacağı ən aşağı məbləğ olmalı deyil. Ədalətli əməkhaqqı  işəgötürənin mütəmadi olaraq,  həmişə və stabil şəkildə ödəyə biləcəyi ən yüksək məbləğ olmalıdır.

Amma yüksək əməkhaqqı təkcə onu ödəmə qabiliyyətindən asılı deyil. Eyni qayda ilə də, əmək haqqı işçinin məvacib üçün tələb etdiyi kəmiyyətdən də asılı deyil. Deməli yüksək əməkhaqqı tamamı ilə başqa faktorlar nəticəsində meydana çıxır və o ilk növbədə işəgötürən müəssisənin strukturundan və onun hansı ideya ilə idarə olunmasından asılıdır.

Məhz burda ən böyük rolu işəgötürəninin yaradıcılıq qabiliyyəti oynayır. Əgər biz əməkhaqqı məsələsinə ciddi aspektdə yanaşsaq, elə istehsal metodları tapa bilərik ki, onların mövcudluğu şərtində ən yüksək əməkhaqqı ən ucuza çevrilə bilər. Bu, bilavasitə istehsal planı ilə bağlıdır, onda bütün həll edici əhəmiyyət daşıyan metodların təkmilləşməsi barədə düşünmək lazım gəlir – əmtəənin alınması metodları, istehsalat, satışlar, nəqliyyat. Hər şey ondan ötrüdür ki, eyni zamanda xərcləri azaltmaq və yüksək əməkhaqqı ödəmək mümkün olsun.

Əməyin alınması zamanı, necə ki bütün digər vəsaitlərin alınarkən, mütləq əmin olmaq lazımdır ki, siz lazımı pulları əbəs yerə sərf etmirsiniz. Hər dəfə siz, əməkdaşa verdiyiniz əməkhaqqının müqabilində sizin üçün etməli olduğundan daha az iş görməsinə icazə verəndə, sizin onun maaşının aşağı düşməsinə rəvac verir və onun daha çox qazanmaq imkanını da çətinləşdirirsiniz. İşçi üçün ən zərərli amil, iş vaxtı onun bekarçılıq etməsinə şərait yaratmaqdır. Bu da çox aydındır, insan nə qədər az iş görürsə, bir o qədər də az alıcılıq qüvvəsi yaradır və bununla da o, onun xidmətlərinə ehtiyac duyan insanların sayını azaldır.

Əməkhaqqının miqdarını azaldaraq işəgötürən öz müştərilərinin sayını azaltmış olur. Əgər işəgötürən öz gəlirlərinin bir qismini, bu gəlirləri yaradan adamlarla paylaşmaq  istəmirsə, çox tezliklə onun bölüşdürəsi heç nəyi qalmayacaq. Belə təqdirdə əməkdaşlar, lazımı qədər əməkhaqqı ödəyə bilmək üçün öz işini düzgün qura bilməyən işəgötürənin mənafeyi naminə işləməyəcək.

Buna görə də hesab edirik ki, işlərin yaxşı şəkildə idarə edilməsi prinsipi ondan ibarətdir ki, əməkhaqqını həmişə artırasan və heç vaxt azaltmayasan. Biz arzu edirik ki, çoxlu müştərilərimiz olsun. Öz kompaniyamızın əməkdaşları simasında, yəni o insanlar ki, biz bilavasitə onlara əməkhaqqı ödəyirik, onların sayı 250 min nəfərdir, onlar bizim birinci dərəcəli müştərilərimizdir. Həmçinin bizim məhsul aldığımız firmalara işləyən insanların simasında da, biz gər gün çoxlu sayda yeni müştərilər yaradarıq,

Əməkhaqqının düzgün artırılması -ən yüksək əməkhaqqı prinsipindən çıxış edilərək həyata keçirilən idarəetmənin nəticəsidir. Istehsalatın ən böyük hədəflərindən biri nəinki istehlakçıları təchiz etmək və onların ehtiyacını təmin etmək, həm də yeni istehlakçı yaratmaqdır. Istehlakçılar isə o vaxt yaranır ki, istehsalat əhaliyə nə lazım olduğunu düzgün müəyyən edə bilsin, daha sonra o, həmin ehtiyacları ağıllı qiymətə insanlara çatdırır və öz əməkdaşlarına elə yüksək əməkhaqqı ödəyir ki, onlar da almaq iqtidarında olur.

Son xəbərlər
Digər xəbərlər